"Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

{nl}

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
"Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 12, maddə 688; 2000-ci il, № 7, maddə 494; 2002-ci il, № 8, maddə 464; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 202; 2005-ci il, № 10, maddələr 874, 876, 902; 2006-cı il, № 11, maddə 927; 2007-ci il, № 1, maddə 1, № 2, maddə 82; 2009-cu il, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010-cu il, № 11, maddə 944) aşağıdakı dəyişikliklər edilsin:
1. 17-ci maddənin ikinci hissəsi üçüncü hissə hesab edilsin və aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
"Korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı əməliyyat-axtarış fəaliyyətini həyata keçirir.".
2. 18-ci maddənin üçüncü hissəsi dördüncü hissə hesab edilsin və aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
"Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış fəaliyyətini yerinə yetirməsi zamanı qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru həyata keçirir.".

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2011-ci il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında