Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

{nl}

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 274, № 12, I kitab, maddə 680; 2004-cü il, № 6, maddə 416, № 11, maddə 891; 2005-ci il, № 2, maddə 62, № 4, maddə 278, № 7, maddələr 576, 584, № 12, maddə 1091; 2007-ci il, № 7, maddə 712; 2008-ci il, № 6, maddə 457; 2009-cu il, № 2, maddə 44; 2010-cu il, № 7, maddə 592) aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1. 25.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Müharibə şəraitində hərbi əməliyyatların aparılması ilə əlaqədar seçkilərin keçirilməsi mümkün olmadıqda Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin I hissəsinə və 101-ci maddəsinin V hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edir.".
2. 162-ci maddə üzrə:
2.1. 162.1-ci maddənin birinci cümləsində "Bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan namizəd" sözləri "Namizəd" sözü ilə əvəz edilsin;
2.2. 162.2-ci maddədən "bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan namizədlərə" sözləri çıxarılsın.
2.3. 162.6-cı maddənin birinci cümləsindən "bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmuş" sözləri, ikinci cümləsindən "bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan və" sözləri çıxarılsın.
3. 195-ci maddə üzrə:
3.1. 195.1-ci maddədə "Bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmayan prezidentliyə namizəd" sözləri "Prezidentliyə namizəd" sözləri ilə əvəz edilsin;
3.2. 195.2-ci maddədən "bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş" sözləri çıxarılsın;
3.3. 195.6-cı maddədən "bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmayan," sözləri çıxarılsın.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2011-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında