Xocalı faciəsi Bornovada anılıb

Qardaş Türkiyədə, Bornova bələdiyyəsinin Xocalı soyqırımı parkında  faciə abidəsinin önündə  anım tədbir keçirilib. Tədbirdə  Milli Məclisin deputatı Qənirə Paşayeva “Xocalıya ədalət!” kampaniyası barədə geniş məlumat verib.

O, “bu Xocalı soyqırımı abidəsi dosta da, düşmənə da önəmli bir mesajdır”-- deyərək  tədbirin təşkilatçıları  Bornova bələdiyyəsinə, İzmir Azərbaycan Kültür və Dayanışma Dərnəyinə təşəkkürünü bildirib. Rəsmi şəxslər, QHT və KİV rəhbərlərinin iştirak etdiyi tədbirdə  Q.Paşayeva Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə məlumatlar verdikdən sonra bu soyqırım zamanı valideynlərini itirən uşaqlar, onların yaşadığı acılardan danışıb, insanlıq əleyhinə cinayəti işləyənlərin ədalət qarşısında cavab verməsini istəyənlər “Xocalıya ədalət!” deyənlərin yanında olmalıdır- deyib.

Qarabağ problemi və Xocalı soyqırımı məsələlərində beynəlxalq təşkilatların ikili standartlardan yanaşmalarını xüsusi vurğulayaraq kəskin qınayıb. O, “İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır”-deyib.

Q.Paşayeva bildirib ki, biz Qərbin ikili standartlarını Xocalı soyqırmına yanaşmada daha aydın gördük. “100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmədi.  Ona görə də Azərbaycan--Türkiyə olaraq birliyimizi daha da gücləndirməliyik, gənc nəsillərimizi bir-birimizə daha çox sahib ola bilmə ruhunda yetişdirməliyk.” O,  “qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır, ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq”-- deyib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında