Bu cinayət cəzasız qalmayacaq!

 

 

 

 

 

 

 

 

 


O gecə, o günlər həlak olanlar, dünyadan gedənlər Azərbaycanın əziz vətəndaşlarıdır, onlar respublikamızın ərazi bütövlüyü yolunda qurban olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır, şəhidləridir. Onların faciəli surətdə həlak olması, şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir.

Heydər ƏLİYEV

Ümummilli lider

 


Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş çoxsaylı ağrı-acıdan,  kədər və üzüntülərdən biridir. Bu faciənin Azərbaycan xalqının  yaddaşında əbədi yaşayacağını dəfələrlə bəyan edən ümummilli lider Heydər Əliyev ona beynəlxalq müstəvidə hüquqi-siyasi qiymət verilməsinin zəruriliyini vurğulamış, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasına xüsusi səylər göstərmişdir. Ulu öndər bu faciənin  xalqımız üçün dərin kədər və böyük dərd olduğunu  deməklə yanaşı, eyni zamanda, millətimizin  bu kədər içərisində özünün azadlıq və müstəqillik uğrunda qətiyyətli mübarizə yolunun möhkəm və uğurlu sonluğunu da göstərmişdir.

Faciənin tarixinə gəlincə isə, qeyd etməliyik ki, bu akt əsrlər boyu xalqımıza qarşı aparılan terror, təxribat, deportasiya və soyqırımı silsilələrinin tərkib hissəsidir.  SSRİ-nin çökməsindən sonra “Böyük Ermənistan” xülyası ilə quduzlaşmış ermənilərin indiki Ermənistan ərazisində yaşayan yüz minlərlə soydaşımızı öz ata-
baba yurdundan didərgin salması, saysız-hesabsız təxribatları dünya birliyi tərəfindən cavabsız qaldığna görə, nəticədə Xocalı soyqırımı törədilmişdir.

 Faciənin tarixi barədə olan sənədlərdə deyilir: ...1992-ci il fevralın 25-dən 26-na keçən gecə  ermənilər Xocalıya üç istiqamətdən  hücum etdilər. Şəhərdə  minlərlə əliyalın, dinc azərbaycanlının qırğını baş verdi. Ağsaqqal və ağbirçəklərə, körpə uşaqlara, xəstələrə, qadınlara qarşı amansız şəkildə soyqırımı həyata keçirildi. Bu soyqırımı əvvəlcədən düşünülmüş, ciddi planlaşdırılmış və dəqiq yerinə yetirilmişdi.

Hücumda Ermənistan  silahlı qüvvələrinin tabeçiliyində olan cinayətkar qruplar, muzdlu əsgərlər, özünü Artsax xalq ordusu adlandıran Dağlıq Qarabağın erməni birləşmələri və sovet ordusundan qalmış 366-cı  hərbi alay iştirak etmişdi. 7000 əhalisi olan Xocalıda erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, qadınlar, uşaqlar əsir götürülərək ağlasığmaz dərəcədə erməni zülmünə, təhqirlərə və vəhşiliklərə məruz qalmışdılar. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlar olmuşdur.

Səkkiz  ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdi. Şəhidlərin 335 nəfəri dəfn olunmuşdur. 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti almış, 200 nəfərin ayaqları soyuqdan qanqrena olmuş, 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Həmin şəxslər diri-diri yandırılmış, başları kəsilmiş, süngü ilə hamilə qadınların qarınları yarılmış, meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilmiş, körpə uşaqların gözləri çıxarılmışdır.

... Tarixi faktdır.  Kremlin  ermənipərəst siyasətçilərinin yaratdığı imkandan və Azərbaycan rəhbərliyinin qətiyyətsizliyindən ruhlanan ermənilər 1991-ci ilin oktyabrından Xocalını  artıq mühasirəyə almışdılar. Oktyabrın 30-da şəhərlə avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq vertolyot gediş-gəlişi  qalmışdı. Sonuncu vertolyot Xocalıya 1992-ci ilin  yanvarında uçmuşdu. Şuşa şəhərindən keçən mülki vertolyotun vurulması nəticəsində 40 nəfərin faciəli surətdə həlak olmasından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi kəsilmiş, şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır, müdafiə edilirdi.

Fevralın ikinci yarısından başlayaraq,  Xocalıda hər gün topların – ağır texnikadan açılan atəşlərin səsi eşidilirdi.  Fevralın 16-da – soyqırımı planından əvvəl 366-cı alayın nəzdində olan erməni cəbhəsi deyilən rota yaradılmışdı. Həmin rotanın hazırlıqlarında  iştrak edənlər Livan, Kanada, İran, Amerika, İsveç və Hollandiyadakı erməni icmalarını təmsil edən silahlı quldur  birləşmələri idi. Bu soyqırımda keçmiş SSRİ Müdafiə Nazirliyinə məxsus hərbi texnika, zəhərli kimyəvi maddələr, istifadəsi qadağan olunan dairəvi güllələr, digər silahlar və mərmilər sınaqdan keçirilmişdi.

Xocalı faciəsini törədən Ermənistan rəsmilərinin bəziləri bununla fəxr etdiyini söyləyir, bəziləri isə  onların  cinayətlərini, əliyalın  əhaliyə  qarşı törətdikləri vəhşilikləri inkar edir, faktları saxtalaşdırırlar. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfin və mütərəqqi bəşəriyyətin qətiyyətli addımları nəticəsində  Ermənistanın  təqdim etdiyi – reallıqdan uzaq yanaşmanın qəbul edilməsinə  imkan verilməyəcək. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında olan informasiya və faktlarla yanaşı,  soyqırımın törədilməsini çoxsaylı müstəqil mənbələr də təsdiqləyir.

Beynəlxalq qanunvericilik aktları, konvensiyalar və digər ümümbəşəri dəyəri olan sənədlər Xocalı faciəsi kimi soyqırımlarını  pisləyir və onların yolverilməz olduğunu bildirirlər.  Xocalı soyqırımını isə həmin sənədlər XX əsrdə baş vermiş ən dəhşətli insan facilərindən biri kimi qiymətləndirir. Bildirilir ki, bu soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil,  həm də bütün bəşəriyyətə qarşı yönəlmiş ən qanlı cinayətlərdən biridir. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir.

Bu gün hamıya məlumdur ki, beynəlxalq hüquq Xocalı qətliamının soyqırımı olduğunu birmənalı şəkildə təsdiqləyir. Hazırda dünyanın  bir sıra ölkəsi  və ABŞ-ın 23 ştatı  Xocalı faciəsini tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb. Hamı bəyan edir ki, dünya dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatlar Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Lakin buna baxmayaraq, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, ermənilərin terrorçu, işğalçı əməllərinə qarşı qəti tədbirlər görülməmişdir.

Bu istiqamətdə ən uğurlu addımların məhz Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev tərəfindən atıldığını hamı
yaxşı bilir. Belə ki, ulu öndərimiz  1994-cü il fevralın 24-də bu haqda xüsusi fərman imzalamışdır. Milli Məclisin qərarı ilə 26 fevral Xocalı soyqırımı günü elan olunmuşdur. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüşdür.

Bundan başqa, dünya alimlərinin fikrincə,  ən qədim insan məskənlərindən olan Xocalının kurqanları və digər abidələri, müxtəlif növ məişət əşyaları, insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Dövlət başçımızın  bu məsələ ilə bağlı gördüyü işlər bizə əminliklə deməyə əsas verir ki, gec-tez nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək, işğalçı Ermənistan dövlətinə qarşı sanksiyalar tətbiq edəcəklər.  Prezident Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi müəyyənləşdirmişdir. Bunun nəticəsidir ki, hər il ölkə xaricində anım tədbirləri keçirilir, erməni vəhşiliyi dünya ölkələrinə çatdırılır. Xocalı faciəsinin gələcək nəsillərə çatdırılması, onların yaddaşından bu izlərin silinməməsi qarşımızda duran mühüm məqsədlərdən biridir. Ölkəmizdə hər il müxtəlif idarə və təşkilatlarda, universitetlərdə, məktəblərdə anım mərasimləri keçirilir, çıxışlar olur, video-filmlər göstərilir. Eləcə də hər il  ölkə xaricində anım mərasimləri keçirilir.

Bu gün Azərbaycan  Xoсalıda şəhid  olanların ruhu qarşısında baş əyir. Xoсalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilmiş, Bakıda, respublikamızın bir sıra bölgəsində, həmçinin xariсdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın bir sıra ölkələrinin paytaxtlarında Xoсalı şəhidlərinin xatirəsinə abidələr uсaldılmışdır. Bu isə ürəkləri daim Vətən eşqilə döyünən soydaşlarımızın öz yurddaşları olan Xoсalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir.

Xocalı faciəsinin gələcək nəsillərə çatdırılması bizim qarşımızda duran müqəddəs vəzifələrdəndir. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Elşən  HƏSƏNOV,
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında