Elmar Vəliyev: cənab Prezident Xocalı soyqırımının tanınması üçün ardıcıl iş aparır

Gəncədə “Xocalı faciəsi” nin 26-cı ildönümünə həsr edilən ümumşəhər tədbiri keçirilmişdir.

Xocalı sakinlərinin məskunlaşdığı qəsəbədə keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, Gəncədə məskunlaşan Xocalı rayon sakinləri iştirak ediblər. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və ictimaiyyət nümayəndələri Xocalı abidəsinin önünə gül dəstələri qoymuşlar. Mərasimdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Şəhidlərin ruhuna dualar oxunmuş, onlara rəhmət dilənmişdir.Tədbirdə çıxış edən Xocalı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Əliyev bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşlardan heç vaxt silinməyəcək.

Xocalı rayon Kosalar kənd sakini Ülkər Quliyeva çıxışı zamanı vurğulamışdır ki, amansız cinayətə rəvac verən ermənilər törətmiş olduqları faciə ilə qəddar və qaniçən olduqlarını bir daha təsdiq etmişlər. Xocalının qəhrəman və fədakar insanları düşmən qarşısında sınmamış, sonadək vuruşaraq Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstərmişlər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında qeyd edib ki, bu qanlı faciəyə ilk dəfə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hüquqi-siyasi qiymət verilib. Ümummilli Liderin təşəbbüsü ilə 26 fevral Xocalı soyqırımı günü elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində, o cümldən ABŞ-ın 21 ştatında Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur.

Çıxışlardan sonra Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Sonra icra hakimiyyətinin başçısı sakinlərlə görüşmüş, onların problemləri ilə maraqlanmışdır.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

                  

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında