Şəmkir: unutmadıq, unudammarıq...

Şəmkir rayonunda Xocalı faciəsinin 26-cı ildönümü anılıb.

Anım mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon gəncləri, YAP fəalları, Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və rayon ictimaiyyətinin nümayəndələri olmaqla ümumilikdə 1000-ə yaxın insan iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Şəmkir şəhərinin mərkəzində yerləşən Bayraq Meydanında Xocalı faciəsinə həsr olunmuş sərgi ilə tanış olublar. Sonra

faciənin ildönümünə həsr olunmuş ədəbi-bədii kompazisya dinlənilib. Vurğulanıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə silahsız və köməksiz Xocalıya hücumu nəticəsində şəhər bir gecədə yerlə-yeksan edilib. Silahlı ermənilər dinc əhaliyə amansız divan tutublar. Meşələrə, dağlara səpələnən əliyalın insanların çoxu şaxtada donaraq məhv olub. Qanlı qırğın nəticəsində 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. 1275 adam girov götürülüb ki, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil.

Qeyd olunub ki, xalqımız Xocalı faciəsini heç vaxt unutmayacaq və hadisəni törədənlər gec-tez cəzalarına çatacaqlar.

Daha sonra Şəmkirdəki N saylı hərbi hissə əsgərlərinin, Qarabağ müharibəsi veteranlarının, gənclərin müşayiəti ilə Xocalı abidəsinə yürüş keçirilib.

"Unutmadıq, unutdurmarıq!" şüarı altında keçirilən anım tədbirində rayonun gənclər təşkilatları faəl iştirak ediblər.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında