Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirildi

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.

Giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir. Muzeyin şöbə müdiri Xanım Abdinovanın “Xocalı soyqırımı qan yaddaşımızdır”, elmi işçi Əzirə Abdullayevanın “Xocalı faciəsi bəstəkarların yaradıclığında” mövzularında məruzələri  dinlənilmişdir.

Bəstəkar Azad Zahidin “Xocalı  yol gözləyir” rekviyem kompozisiyası nümayiş olunmuşdur.

Tədbirdə muzeydə istehsalat təcrübəsi keçən Qərbi Kaspi Universitetinin tələbələri iştirak etmişlər.

 

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında