Saatlıda Heydər Əliyev Mərkəzində Xocalı qurbanları anılmışdır

 Xocalı soyqırımının 26 -cı ildönümü ilə əlaqədar keçirilən “Xocalı faciəsi tarixə qanla yazıldı” adlı  mərasimi giriş sözü ilə mərkəzin direktor səlahiyyətlərini müvəqqəti icra edən Telman Ağayev açdı. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin Saatlı rayonu üzrə nümayəndəliyinin baş məsləhətçisi Şərqiyyə Şahpələngova Xocalı faciəsindən söhbət açdı.

Qeyd olundu ki,  hər il Xocalı qətliamı ərəfəsində təkcə respublikamızda deyil, dünyanın bir sıra ölkələrində keçirilən tədbirlərdə bu dəhşətli soyqırımı  ilə bağlı nümayiş etdirilən fotolar, videoçarxlar erməni quldur dəstələrinin törətdikləri vəhşiliklər bir daha yada salınır. Artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur və dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul etməyə başlayır. 

Diqqətə çatdırıldı ki, son illər Xocalı faciəsinin dünya ölkələrində tanıdılması, erməni qəsbkarlarının ifşası istiqamətində sistemli iş aparılır. Hər il Prezident Administrasiyası tərəfindən xüsusi tədbirlər proqramı təsdiqlənir və icra edilir. Bu baxımdan, Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etmək lazımdır. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən filmlərin, fotosənədlərin, kitabların və digər kütləvi nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Çıxış edənlər Xocalı faciəsinin, ümumiyyətlə, ermənilərin törətdikləri terror aktlarının acı nəticələrinin gənc nəslin yaddaşından silinməməsi üçün bütün imkanlardan istifadə olunmasının və belə tədbirlərin mütəmadi keçirilməsinin  zəruriliyini bildirdilər. 

Sonra rayon məktəblilərinin ifasında Xocalı soyqırımına həsr olunmuş musiqili ədəbi- bədii kompozisiya nümayiş etdirildi.

Hüseyn EYNULLAYEV,
Saatlıdakı Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında