Oğuzda Xocalı sakinləri ilə görüş keçirilib

Azərbaycan Respublikası Milli Məclisinin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı hər il olduğu kimi, bu il də Oğuz rayonunda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, Oğuzun müxtəlif yerlərində məskunlaşmış xocalılı ailələrin nümayəndələri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Oğuz rayon şöbəsinin nümayəndəsi və ictimaiyyət fəalları iştirak ediblər.

Milli Məclisin komitə sədri tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqının növbəti belə faciə ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda üzləşdiyini və bu faciənin xalqımızın yaddaşına əbədi həkk olunduğunu bildirib. Dövlət müstəqilliyini yenicə bərpa edən Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkəmizin yeni tarixinə qara hərflərlə yazılıb.

Aqiyə Naxçıvanlı qeyd edib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini alıb, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülüb. Beləliklə, erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl fəaliyyətə start verilib. Bu siyasət indi də Azərbaycan dövləti tərəfindən davam etdirilir. Burada əsas məqsəd tarixi ədalətin bərpasına nail olmaq, soyqırımı cinayətkarlarını dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Faciə ilə bağlı 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Deputat, həmçinin son illərdə torpaqlarımızın geri qaytarılması yolunda dövlətimizin apardığı siyasətdən, 2016-cı ilin aprel döyüşlərindən, düşmənlə birbaşa qarşı-qarşıya dayanmış Cocuq Mərcanlı kəndinin bərpasından ətraflı danışıb.

Tədbirdə çıxış edən Xocalı sakinləri Aqiyə Naxçıvanlının deputat seçildiyi vaxtdan bu günə kimi hər il Oğuz rayonunda məskunlaşmış Xocalı ailələri ilə görüşə gəldiyinə və onların sosial problemləri ilə yaxından tanış olduğuna görə minnətdarlıqlarını bildiriblər. Onlar ölkə başçısının torpaqlarımızın azad olunması yolunda apardığı siyasətin uğurla nəticələnəcəyinə inandıqlarını, Prezidentin Xocalı faciəsinin anılması, Xocalı qaçqınlarının həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamlarını qeyd edərək bu qayğının ildən-ilə artırıldığını bildiriblər.

Görüşün sonunda Oğuz rayonu ərazisində yaşayan Xocalı ailələrinə ərzaq yardımları təqdim edilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında