Xocalı soyqırımı tarixdə ən qəddar və amansız terror hadisəsidir

Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov Xocalı soyqırımının tarixdə ən qəddar və amansız terror hadisələrindən biri, xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi olduğunu vurğulayıb. Rektor xatırladıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet ordusunun 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalıya hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutub. Hücum zamanı şəhərdə olan üç min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1.275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. A.Məhərrəmov ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti nəticəsində faciəyə hüquqi-siyasi qiymət verildiyini, Prezident İlham Əliyevin onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl addımlar atdığını bildirib. Rektor Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il dünyanın bir çox ölkələrində silsilə tədbirlərin reallaşdırılmasını təqdirəlayiq hal kimi dəyərləndirib.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik
Yaqub Mahmudov Xocalı faciəsinin başvermə səbəbləri və acı nəticəsindən bəhs edib. Xocalı faciəsinin 200 illik qanlı tariximizin son soyqırımı olduğunu deyən akademik XX əsrdə azərbaycanlıların dörd dəfə kütləvi qırğınlara, soyqırımlarına və etnik təmizləmələrə məruz qaldığını bildirib.

Tədbirdə BDU-nun və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin dəstəyi ilə hazırlanan, Xocalı soyqırımından bəhs edən “Cəzasız cinayət” sənədli filminin təqdimatı olub. Tarixi-publisistik, elmi-kütləvi janrları özündə birləşdirən ekran əsərində Xocalı soyqırımının səbəb və nəticələri göstərilir, tarixi, hüquqi, siyasi və psixoloji aspektləri təqdim edilir.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında