Fransada Xocalı soyqırımına həsr edilən sərgi açılıb

Fransanın Metz şəhərində fransız rəssamı Reno Baltzingerin soyqırımı qurbanlarının xatirəsinə həsr edilən rəsm sərgisi açılıb. Sərgi İkinci Dünya müharibəsi zamanı qətlə yetirilən yəhudilərə və 1992-ci ildə ermənilərin kütləvi şəkildə qırdıqları Xocalı sakinlərinə həsr edilib. 

Açılış mərasimində çıxış edən rəssam R.Baltzinger soyqırımı mövzusuna müraciət etməsinin əsassız olmadığını qeyd edib. O, XX əsrin ortalarında törədilmiş yəhudi soyqırımının və əsrin sonunda bir gecədə 613 dinc Xocalı sakininin qətlə yetirilməsinin heç bir insanlıq normalarına sığışmadığını diqqətə çatdırıb. Rəssam Azərbaycanda olmamasına baxmayaraq, vaxtilə Fransanın ölkəmizdəki səfirliyində işləmiş qardaşından, Fransada yaşayan azərbaycanlı dostlarından və kitablardan Xocalı soyqırımı barədə məlumat əldə etdiyini və həmin dəhşətləri öz rəsmlərinə köçürdüyünü bildirib.

R.Baltzinger Xocalı soyqırımına həsr etdiyi 24 əsərdən ibarət sərgisinin Azərbaycan səfirliyinin dəstəyi ilə artıq 2013-cü ildə Parisdə sərgiləndiyini, bundan sonra Azərbaycanda və dünyanın digər ölkələrində də nümayiş etdiriləcəyini diqqətə çatdırıb. O bildirib ki, sərgini təşkil etməkdə məqsəd dünya ictimaiyyətinin diqqətini bu həssas mövzuya cəlb etməklə bir daha belə cinayətlərə yol verilməməsinə çağırışdır.

Tədbirdə iştirak edən səfirliyin nümayəndəsi Ayaz Qocayev qonaqlara Xocalı soyqırımı və bu cinayətin dünyada tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir neçə il əvvəl başlatdığı “Xocalıya ədalət” beynəlxalq kampaniyası barədə məlumat verib.   

Heydər Əliyev Fondu tərəfindən Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və Şuşa haqqında nəşr olunan  kitab və broşürlər tədbir iştirakçılarına paylanıb.

Sərgi dekabrın 7-dək davam edəcək.

Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri

Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında