Türkiyədə “Xocalı soyqırımı muzeyi”nin yaradılması önəmli hadisədir

 

 

 

Qardaş Türkiyədə, Ankaranın Qızılcahamam bölgəsində Xocalı faciəsi ilə bağlı abidənin  açılışı mərasimindən qayıtdıqdan sonra qəzetimiz üçün qısa açıqlamasında bildirmişdir: 

 – Əvvəla, bu hadisə Azərbaycan-Türkiyə qardaşlığı və dostluğunun növbəti sevindirici hadisəsidir. Tarixdə türk soyuna qənim kəsilmiş və zaman-zaman törətdiyi fəlakətləri tüklərin adına yazan ermənilərin Xocalıda törətdiyi amansız soyqırımın mahiyyətini əyani surətdə sərgiləyən belə bir muzeyin Türkiyədə açılması  təqdirəlayiq addımdır. Düşmənin cinayət əməlini onun qarşısına qoymayanda bir az da azğınlaşıb irəli gedir.

İkincisi, “Xocalı soyqırımı muzeyi”nin Ankaranın Qızılcahamam bölgəsində yaradılması ona görə önəmlidir ki, bura turizm  zonası, çox sayda müalicə- istirahət ocağının fəaliyyət göstərdiyi ərazidir. Belə bir yerdə “Xocalı soyqırımı muzeyi”nin açılması bu misilsiz qırğının həm Türkiyədə, həm də dünyada tanıdılmasında, erməni vəhşiliklərinin daha intensiv və dəlil- sübutlarla çatdırılmasına xidmət edir. 

 Cavanşir Feyziyev daha sonra demişdir:

– “Ölkəmizdən kənarda ilk belə  abidənin Türkiyədə açılması  həm də qanunauyğun hadisədir. Xocalı soyqırımı ilə bağlı dünyanın müxtəlif yerlərində illərdən bəridir ki, müxtəlif tədbirlər, aksiyalar, parlament müzakirələri keçirilməkdədir. Bu dəhşətli insan qırğını xaricdə 20-yə yaxın parlamentdə müzakirə olunub, pislənilib və qətnamələr qəbul olunub. Həhayət, Xocalı qətliamı son iki yüz ildə dünya türklərinə qarşı məqsədli şəkildə aparılan soyqırımı siyasətinin davamı olaraq törədilmişdir. Ona görə də bu  cinayətin dünyada tanıdılmasında təkcə Azərbaycan deyil, bütün türk xalqları, o cümlədən Anadolu türkləri də yaxından iştirak etməlidirlər.

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında