Erməni tələbə “Xocalıya ədalət!” kampaniyasına dəstək verib

 

 

 

Erməni tələbə Nyukaslda “Xocalıya ədalət!” kampaniyasına dəstək verib. Bunu Nyukasl Azərbaycan Tələbə  Cəmiyyətinin sədri Orxan Seyidov dedi.

O.Seyidov bildirib ki, fevralın 26-da təşkil etdikləri kampaniya universitetin ən böyük insan toplaşan məkanında – Nyukasl Tələbə Birliyi (Student Union) binasının qarşısında təşkil edilib: “Bu il Nyukasldakı tələbələrin sayının çox olduğunu nəzərə alıb “Xocalıya ədalət!” kampaniyasını geniş şəkildə təşkil etməyə qərar verdik. Kampaniya çərçivəsində petisiya da keçirdik və Böyük Britaniyanın dövlət qurumlarına, o cümlədən baş nazirinə müraciət etdik. Petisiyada 400 nəfərdən çox insan iştirak etdi.

Tədbiri universitetin ən böyük insan toplaşan məkanında – Nyukasl Tələbə Birliyi (Student Union) binasının qarşısında təşkil etdik”.

Böyük Britaniyadakı Azərbaycan Səfirliyinin tədbirə dəstək verdiyini bildirən O. Seyidov vurğulayıb ki, səfirlik cəmiyyəti lazımi təbliğat-təşviqat materialları ilə təmin edib, universitet də tent və stol-stulla təşkilatçıları təmin etməklə kampaniyaya öz dəstəyini nümayiş etdirib.

“Qeyd etməliyəm ki, kampaniyanın təşkilində 35 nəfər azərbaycanlı, gürcü və rus dostlarımız da köməklik göstərdilər. Əminliklə deyə bilərəm ki, tədbir uğurlu alındı.

Kampaniya çərçivəsində 1000 nəfərdən çox insan məlumatlandırıldı və qeyd etdiyim kimi petisiyaya 400-dən çox imza toplandı.

Mən deyərdim ki, bu, Böyük Britaniyada keçirilən ən böyük “Xocalıya ədalət!” kampaniyalarından biri oldu.

Ən maraqlısı isə o oldu ki, erməni əsilli bir tələbə kampaniyamıza dəstək verdi. Həmçinin kampaniyaya dünyanın müxtəlif ölkələrindən - Çin, CAR, Böyük Britaniya, Rusiya, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, BƏƏ, Hindistan, Fransa, ABŞ, Kanada, Malayziya və sairdən olan tələbələr dəstək verdilər”, - O. Seyidov deyib.

Orxan Seyidov onu da bildirib ki, “SOCAR”ın dəstəyi ilə daha bir tədbir keçirməyi planlaşdırırlar: “Bu dəfə ölkəmizin mətbəxini, mədəniyyətini, musiqisini, tarixini, adət-ənələrini tanıtmaq məqsədi ilə “Azərbaycan gecəsi” təşkil etmək niyyətindəyik. Tədbirdə 200-dən artıq qonaq dəvət olunacaq və əsasən professorlar, universitetin idarə heyəti və xarici tələbələr təşkil edəcək. Qonaqlara Azərbaycanla bağlı təqdimat, milli rəqslərimiz, milli musiqimizlə yanaşı, mətbəximizin ləziz təamlarından dadmaq imkanı yaradılacaq. Qeyd edim ki, tədbirin keçirilməsinə “SOCAR” sponsorluq edir”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında