Əsir şəhər Xocalı yolumuzu gözləyir

 

 

Azərbaycan Turizm İnstitutunda 20-ci yüzillikdə millətimizin tarixi taleyinə qanla yazılmış Xocalı qətliamı ilə bağlı “Xocalı – əsir şəhər” mövzusunda elmi-ədəbi-bədii mərasim keçirilmişdir. Tədbirdən əvvəl iştirakçılar Xocalı soyqırımına həsr edilmiş kitab sərgisi ilə tanış olmuşlar.

ATİ-nin tədqiqat və inkişaf şöbəsinin müdiri, tarix elmləri doktoru Xaləddin İbrahimlinin “Erməni milli ideologiyası və iddiaları” mövzusunda məruzə-təqdimatındakı təməl prinsiplər iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Faciənin şahidi Asif Yusifov isə öz çıxışı zamanı fevralın 25-dən 26-a keçən gecəni və ondan sonrakı günlərdə xocalıların erməni qəddarlığına, azğınlıqlarına qarşı həyatları bahasına apardıqları ölüm-qalım mücadiləsini böyük ürək ağrısıyla, faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırmışdır: “O gecə şəhid şəhər Xocalı düşmənə asanlıqla təslim olmadı. Elə ona görə də fevralın 25-dən 26-a keçən gecə erməni hərbi birləşmələrinə, 366-cı motoatıcı alayının qaniçən əsgərlərinə qarşı mərdliklə döyüşən oğul və qızlarımızın qəhrəmanlıqlarını da unutmamalıyıq. Onlar məkrli və azğın düşmənə qarşı vuruşmasaydılar, itkilərimiz bundan daha çox olardı. Bu gün xocalılardan bircə nəfər də sağ qala bilməzdi. Təəssüf ki, dünyanın gözü qarşısında baş vermiş bu soyqırımı törədənlər hələ də cavabsız qalmışlar”.

Tələbələrin hazırladıqları səhnəciklər, həmçinin ingilis, rus, alman, fransız, ispan dillərində edilən çıxışlar böyük maraqla qarşılanmışdır.

ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov Xocalı faciəsinin bəşəriyyətə, insanlığa böyük ləkə olduğunu demiş, dünyanın bir sıra ölkələrində qanlar töküldüyünü, insanların haqlı-haqsız qurşunlara tuş gəldiklərini diqqətə çatdırmışdır.  Rektor bildirmişdir ki, tələbələrin Xocalının anım günü ilə bağlı çıxışları və faciənin səhnələşdirilmiş şəkildə təqdimatı belə deməyə əsas verir ki, bu faciə unudulmayacaq və Xocalı hər birimizin yolunu gözləyir. Bir daha xatırladıram ki, vətən uğrunda şəhid olanları unutmağa, unutdurmağa haqqımız yoxdur. Bugünki tədbir vətən övladlarına, şəhid xocalılara sədaqət andımızdır.

Z. BƏŞİRQIZI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında