Avropa Parlamenti qarşısında Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar mitinq keçirilmişdir

 

Belçikanın paytaxtı Brüsseldə, Avropa Parlamentinin qarşısında Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilmişdir.

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan aksiyada 200 nəfərdən çox soydaşımız iştirak etmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, aksiyada çıxış edən BAK-ın sədri Sahil Qasımov, təşkilatın sədr müavini Elsevər Məmmədov Avropa Parlamentindən Xocalı soyqırımına hüquqi qiymət verilməsini tələb etmişlər.

Mitinq daha sonra yürüşlə davam etdirilmişdir. Əllərində Azərbaycan bayrağı və üzərində “Xocalıya ədalət” sözləri yazılmış plakatlar tutan nümayişçilər etiraz aksiyasını Ermənistan səfirliyi qarşısında başa çatdırmışlar.

Mitinqdən sonra Brüsseldəki mərkəzi otellərdən birinin kino zalında Vahid Mustafayevin “Xoca” filmi nümayiş etdirilmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında