Kölndə Xocalı mitinqi

 

 

Xocalı həqiqətlərinin dünyaya tanıdılmasında Azərbaycan dövlətinin prinsipial mövqeyi ilə yanaşı, diasporumuzun və QHT-lərin göstərdiyi fəallıq uzaq Almaniyada, Köln şəhərində də özünü göstərib.

Alman-Azərbaycan Mədəniyyət Evi, Soyqırımı Həqiqətlərini Tanıtma İctimai Birliyi və Alman Türkiyə Məzunları Birliyinin təşkilatçılığı ilə Xocalı Soyqırımı ilə bağlı “Köln Ev” adlanan yerdə yürüş-mitinq keçirilib. Mitinqə müxtəlif Avropa ölkələrindən gəlmiş insanlar, o cümlədən Köln- Dayanışma Azərbaycan Dərnəyinin sədri Ufuk Kamal, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naiba Hacıyeva Köln Ülkü Ocaqları, Atatürkçü Düşüncə Dərnəyinin, müxtəlif diaspor fəalları, həmçinin almanlar dəstək veriblər.

Səsgücləndirici ilə Xocalı soyqırımı və Qarabağla bağlı alman dilində məlumat verilib, çıxışlar dinlənilib. Almaniya vətəndaşları və müxtəlif ölkələrdən olan turistlər mitinqi maraqla qarşılayıblar. Onlara Xocalı soyqırımı ilə bağlı broşürlər paylanılıb. Xüsusilə, gənclərimiz ayrı ayrılıqda turistlərə Xocalı soyqırımı və Qarabağ məsələsi  haqqında məlumat veriblər. Alman polisinin verdiyi xəbərə görə, mitinqdə 500-dən yuxarı insan iştirak edib.

Daha sonra isə tədbir çıxışlarla davam etdirilib.

Çıxış edən Xocalı sakini,  Soyqırımı Həqiqətlərini Tanıtma İctimai Birliyinin sədri Ceyhun Ələkbərov bildirib ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə, erməni silahlı dəstələri Xocalı şəhərinə hücum edərək şəhəri yerlə yeksan edib, insanları kütləvi şəkildə qətlə yetiriblər. Bu vəhşilikəri yaşayan və görən bir insan kimi o hadisələri sizin təsəvvürünüzdə canlandırmaq mənim üçün çox çətindir. Xocalının işğaldan sonra sağ qalan insanlar qırğından canlarını qurtarmaq üçün müxtəlif istiqamətlərə hərəkət etdilər. Onlar Xocalıdan 10 kilometr uzaqlıqda vəhşicəsinə qətlə yetirildilər və giröv götürüldülər. Ermənilər öldürülmüş cəsədlər üzərində insanlığa sığmayan vəhşiliklər etdilər. Girov götürülmüş insanların orqanları çıxarılaraq orqan mafiyalarına satılırdı. Bu da onu göstərir ki, ermənilər bunu öncədən planlaşdırıblar və bir şəhərin, bir soyun yer üzündən silinməsini sistemli şəkildə həyata keçiriblər. Bu da 1948-ci il Cenevrə Konvensiyasının GENOSİD aktının müddəalarına görə, bir soyqırımı aktıdır. Hadisədən 22 il keçməsinə baxmayaraq, bu qətliam hələ də dünya birliyi tərəfindən layiqincə qiymətləndirilməyib və icraçılar cəzalandırılmayıblar”. C.Ələkbərov “biz Xocalıların tək istəyi dünyanın bu hadisəyə biganə qalmaması bu qətliamı bir türkün və müsəlmanın qətliamı kimi deyil, insanlığın məhv edilməsi kimi dəyərləndirməsidir”, - deyə əlavə edib

Sonra çıxış edən Dünya Azərbacanlıları Əlaqələndirmə Şurasının üzvü, Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Səftər Rəhimli bildirib ki, ikiyə bölünmüş Azərbaycan daim erməni terroru ilə üz-üzə qalıb. Onun sözlərinə görə, ermənilər həm Güney Azərbaycanda, həm də Quzey Azərbaycanda dəfələrlə Azərbaycan türklərinə qarşı soyqırımı törədiblər: “Bu soyqırımı aktlarının ən dəhşətlisi Xocalı qətliamıdır. Burada yaşayan türklər mövqelərindən, düşüncələrindən asılı olmayaraq, ümummilli məsələlərlə bağlı həmrəylik nümayiş etdirməli, bir olmalıdırlar. Xocalı soyqırımı ilə bağlı mühüm işlər görülür. Bu tədbir də həmin işlərin tərkib hissəsidir və belə tədbirlər sistemli şəkildə davam etdirilməlidir”, -deyə çıxışçı qeyd edib.

Mitinqin sonunda Kölndə yaşayan tarzən Vahid Vəliyevin ifasında “Bayatı-Şiraz” muğamı səsləndirilib.

Anar TURAN,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında