Ankaranın Keçiörən rayonunda Xocalı soyqırımı abidəsi açılmışdır

Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə silsilə tədbirlər davam etdirilir.

Silsilə tədbirlər çərçivəsində fevralın 26-da Ankaranın Keçiören rayon bələdiyyəsi ilə Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə rayondakı Xocalı soyqırımı meydanında ucaldılmış abidənin açılışı olmuşdur.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, abidənin açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, deputatlar Qənirə Paşayeva, Arif Rəhimzadə, Rüstəm Xəlilov, qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) xarici əlaqələr üzrə sədr müavini Yasin Aktay, AKP-nin icraçi katibi Haluk İpek, Keçiören bələdiyyəsinin sədri Mustafa Ak, Türkiyə parlamentinin deputatları, mətbuat nümayəndələri və sakinlər iştirak etmişlər.

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra qardaş ölkələrimizin dövlət himnləri səsləndirilmişdir.

İslam Konfransı Gənclər Forumunun (İKGF) beynəlxalq katibliyinin rəhbəri Elməddin Mehdiyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın mərasim iştirakçılarına ünvanladığı məktubu oxumuşdur.

Tədbirdə çıxış edən Mustafa Ak, Faiq Bağırov, Qənirə Paşayeva, Türkiyə parlamentinin deputatı İsmail Safi, Yasin Aktay, Haluk İpek, Ziyafət Əsgərov və Cəmil Çiçək Xocalı soyqırımının dəhşətlərindən, Qərb dünyasının bu vəhşiliklərlə bağlı ikili mövqeyindən və Ermənistanın destruktiv siyasətdən əl çəkməsi üçün qətiyyətli addımların atılmasının vacibliyindən söz açmışlar. Qardaş ölkələrimizin əlaqələrinin məmnunedici yüksək səviyyəsindən söz açan Cəmil Çiçək Ermənistan rəhbərliyi ilə bağlı demişdir: “Çox insan elə bilir, ölkə rəhbərləri cinayət törətməzlər. Lakin hazırda Ermənistan rəhbərliyində olan insanlar qatil və cinayətkarlardır. Xocalı soyqırımını da onlar törətmişlər”. O, həmçinin qeyd etmişdir ki, Azərbaycan bizim ikinci dövlətimizdir.

Çıxışlardan sonra abidənin açılışı olmuşdur.

Açılışdan sonra müəllifi heykəltəraş, xalq rəssamı Natiq Əliyev olan Xocalı soyqırımı abidəsinin önünə qərənfillər düzülmüşdür. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında