Xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir Xətai rayonu

 

 

 

 

 

 

 

 

Ümummilli lider Heydər Əliyevin “amansız və qəddar soyqırımı aktı, insanlıq tarixində ən qorxulu kütləvi terror aktlarından biri kimi” mahiyyətini açıqladığı  Xocalı faciəsinin 22-ci ildönümü paytaxtın Xətai rayonunda da geniş qeyd olunmuşdur.  Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının iclas zalında  keçirilən tədbirdə faciənin ağrı-acısını yaşamış, erməni qəddarlığı nəticəsində amansız itkilərə və işgəncələrə məruz qalmış və hazırda Xətai rayonunda yaşayan bir qrup Xocalı sakini ilə görüş keçirilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov tədbiri açaraq bildirdi ki, “bir insanın ölümü faciə, yüzlərlə insanın qırılması isə statistikadır”. Xocalı qırğını isə, sadəcə, statistika yox, tarix üçün insanlıq adına lənət gətirən erməni vəhşiliyinin statistikasıdır. Xocalıda,  yalnız azərbaycanlı olduqlarına görə, bir gecənin içində 613 nəfər dinc, silahsız sakin vəhşicəsinə qətlə yetirilmişdir. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl adam idi.  8 ailə bütövlükdə qətlə yetirilərək məhv edilmişdir

R.Məmmədov daha sonra qeyd etdi ki, son illərdə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın Sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş,  xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, nəticədə müxtəlif beynəlxalq təşkilatlar Xocalı soyqırımı ilə bağlı öz mövqelərini açıqlamışlar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün dünyanın əksər ölkələri bu faciə  ilə bağlı həqiqətlərlə tanış olur və ona öz qiymətini verirlər.

Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər, həyata keçirdiyi tədbirlər və xidmətlər də xüsusi qeyd olunmalıdır. Məhz Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın və fondun vitse-prezidenti Leyla xanım Əliyevanın  təşəbbüsləri ilə son illərdə bir sıra ölkələrin paytaxtlarında Xocalı soyqırımının tanınması ilə bağlı kütləvi aksiyalar və tədbirlər keçirilir.

Çıxışının sonunda Xocalı faciəsi zamanı  həlak olanlara rəhmət diləyən rayon İcra Hakimiyyətinin başçısı əmin olduğunu bildirdi ki, dünya bu qətliamın gerçək qiymətini verəcək.

Təbirdə çıxış edən Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri professor Hüseynbala Mirələmov bildirdi ki, XIX əsrdən bəri xarici havadarlarının dəstəyi ilə erməni qəsbkarlarının  soyqırıma məruz qoyduqları azərbaycanlılar 22 il əvvəl–1992-ci il fevralın 26-da Xocalıda özlərinin ən dəhşətli faciələrini yaşadılar.  Bu, təkcə Azərbaycanın yox, bütün bəşəriyyətin  Xocalı faciəsi və eyni zamanda, Xocalı xəcaləti idi. 

Bəzən iddia edirlər ki, bu faciə müharibənin doğurduğu bir olaydır. Ancaq, uşaqlar və qadınlar da daxil olmaqla dinc insanların kütləvi məhvi, bu yalnız faşizmə xas olan bir qaydadır. Bunun üçün təkcə ideoloji hazırlıq yox, əsrlərlə xalqın şüurunda formalaşmış arxetiplərə zərurət var. Xocalı faciəsi məhz erməni xalqının şüurunda formalaşmış arxetiplərin məntiqi nəticəsidir.

Tarixi gerçəkləri nəsillərdən gizlədə- gizlədə, bizə, qanımıza susamış ermənilərə “qardaş” dedirdə-dedirdə, erməni terrorçuları kəndlərimizə hüçum çəkib həmvətənlərimizi diri-diri yandıranda, sərnişin avtobuslarımızı, metrolarımızı, sərnişin qatarlarımızı, bərələri partladıb xalqımızın övladlarını qanına qəltan edəndə buna başqa ad qoyub həqiqəti gizlədəndə anlamadıq ki, soyumuzun taleyini, itirdiyimiz keçmişlə gələcəyimizi təhlükə altında qoyuruq.

Deputat çıxışını bu sözlərlə tamamladı:  Bu gün tam qətiyyətlə deyə bilərəm ki, ulu öndər Heydər Əliyev, onun iqtisadi, siyasi stratji xəttini uğurla davam etdirən Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla xanım Əliyeva yorulmaq bilmədən, əzmlə tariximizin qaranlıq səhifələrinə işıq salır və uzun illər soyqırıma məruz qalmış xalqımızın faciələrini Xocalı faciəsi ilə bərabər bütün dünyaya yayırlar. Yayırlar ki, bəlkə dünya Əlcəzair, Xolokost, Ruanda,  Ustaşi kimi soyqırımları törədən caniləri lənətləyib mühakimə etdiyi kimi, erməni vandallarının vəhşiliklərinə də ədalətli qiymət verdilər.

Sonra faciə qurbanlarının özləri və ailə üzvləri tədbirdə çıxış edib, dövlət səviyyəsində bu faciənin beynəlxalq aləmdə tanıdılması işini ulu öndər Heydər Əliyevin başladığını və bu gün daha cəsarətlə və ardıcıl davam etdirildiyini  bəyəndiklərini bildirdilər. Faciə qurbanlarına və onların ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirən tədbir iştirakçıları, bu işdə əməyi olan Xətai Rayon İcra Hakimiyyətinin ünvanına da xoş sözlər söylədilər.

Sonda Xətai Rayon İcra Hakimiyyətinin adından tədbirdə iştirak edən faciə qurbanlarına və onların ailə üzvlərinə maddi yardım göstərildi.

İlqar RÜSTƏMOV,

Rafiq SALMANOV (foto),

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında