Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir

XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımından 22 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hərbi təcavüz edərək xalqımıza qarşı soyqırımı aktı törətmişdir. Nəticədə Xocalı şəhəri darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuş, 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, 487 nəfər ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bu dəhşətli faciənin 22-ci ildönümü ilə əlaqədar ədliyyə işçiləri Bakının Xətai rayonunda Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoymuş, şəhidlərimizin ruhunu ehtiramla yad etmişlər.

Nazirlikdə və onun struktur qurumlarında keçirilmiş anma mərasimlərində erməni qəsbkarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdikləri etnik təmizləmə siyasətindən, o cümlədən bəşəriyyətə qarşı dəhşətli cinayət olan Xocalı soyqırımının ağır nəticələrindən bəhs edilmişdir. Bildirilmişdir ki, Xocalı faciəsinə yalnız ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra siyasi-hüquqi qiymət verilmiş və onun dünya miqyasında tanıdılması istiqamətində təbliğat işlərinə başlanılmışdır.

 

Yığıncaqlarda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə geniş çatdırılması və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyasının uğurla davam etdirilməsi, bu istiqamətdə tədbirlərin keçirilməsinə təkan verən dövlətimizin başçısının yaxın günlərdə imzaladığı Sərəncamın əhəmiyyəti xüsusi vurğulanmışdır. Qeyd edilmişdir ki, Xocalı faciəsinin dünyada soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınması üzrə mühüm işlər görülmüş, ölkəmizdə və onun hüdudlarından kənarda çoxsaylı və mütəşəkkil aksiyalar təşkil olunmuş, abidə və komplekslər yaradılmışdır.

Nazirlikdə Xocalı faciəsi ilə bağlı əhatəli stend hazırlanmış, kinozalda erməni vandallarının Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edən sənədli filmlər nümayiş olunmuşdur.

Ədliyyə orqanlarında anım tədbirləri çərçivəsində ədliyyə işçilərinin böyük bir qrupu Nizami Kino Mərkəzində “Xoca” bədii filminə baxmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında