İsveçrədə Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilmişdir

 

2014-cü il fevralın 22-də İsveçrə Konfederasiyasının paytaxtı Bern şəhərində “İsveçrədə Azərbaycanlıların Mədəniyyət Mərkəzi”nin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş etiraz aksiyası keçirilmişdir.

  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanmış “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Bern şəhərinin mərkəzi meydanlarının birində keçirilmiş tədbirdə İsveçrədə fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr və elmi fəaliyyətlə məşğul olan ziyalılar iştirak etmişlər.

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyindən aldığımız məlumatda deyilir ki,  iki saat  davam etmiş aksiyada çoxsaylı Azərbaycan bayraqları qaldırılmış, “Xocalıya ədalət!”, “Erməni işğalına son!”, “Xocalı soyqırımında iştirak edənlər məsuliyyətə cəlb edilsin” və digər şüarlar yazılmış plakatlar, ingilis, alman və fransız dillərində müxtəlif nəşrlər, dünya mətbuatında Xocalı qətliamı ilə bağlı dərc edilmiş məqalələr, habelə hadisəni əks etdirən fotoşəkillər nümayiş etdirilmişdir. İsveçrədə təhsil alan tələbələrimiz və diaspor nümayəndələri yerli əhaliyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və xüsusilə də Xocalı faciəsi ilə bağlı dolğun məlumatlar vermiş, yaddaş vərəqələri paylamışlar. Bundan əlavə, yerli sakinlərə və xarici turistlərə “Xocalıya ədalət!” kampaniyasının İnternet səhifəsi (www.justiceforkhojaly.org) əks olunmuş suvenirlər təqdim edilmişdir.

Aksiyanın sonunda meydanda “Xocalı - 613” yazısını əks etdirən şamlar yandırılmış və qətliamda şəhid olmuş şəxslərin ruhu yad edilmişdir.

 

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında