Kanadanın Toronto şəhərində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar nümayiş keçirilmişdir

 

 

Kanadanın Toronto şəhərində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar nümayiş keçirilmişdir.

Azərbaycanın Kanadadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Ontario əyaləti parlamentinin qarşısında keçirilən aksiyada Toronto və Vaterlo universitetlərində təhsil alan azərbaycanlı tələbələr, eləcə də Toronto və Vaterlo şəhərlərində yaşayan soydaşlarımız iştirak etmişlər.

Nümayiş zamanı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni hərbçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlərə, 1988-ci ildən davam edən erməni işğalına qarşı şüarlar səsləndirilmiş, Xocalı soyqırımı ilə bağlı yaddaş qeydləri paylanılmışdır.

Aksiya iştirakçıları Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulmasını tələb etmiş, Kanada parlamenti deputatlarını Xocalı qətliamına hüquqi və siyasi qiymət verməyə çağırmışlar.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında