Xəzər rayonunda Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilib

 

 

Xəzər Rayon Gənclər və İdman İdarəsi Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar rayonda gənclər arasında silsilə tədbirlər keçirmişdir. Xocalı soyqırımı gününün yad edilməsi, böyüməkdə olan gənc nəslə doğma Vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması məqsədilə yeniyetmə və gənclərin iştirakı ilə keçirilən “dəyirmi masa” xüsusilə maraq doğurmuşdur.

Mərdəkan Bələdiyyəsinin akt zalında keçirilən tədbirdə məktəblilərin Xocalı soyqırımına həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda çəkdikləri rəsm işləri nümayiş olunmuşdur.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Gənclərə 7 min əhalisi olan Xocalı şəhərində erməni vandalları tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş cinayətlər haqqında geniş məlumat verilmiş, videofilm nümayiş etdirilmişdir.

Tədbirdə rayonun orta təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında “Müharibə uşaqların gözü ilə”  mövzusunda keçirilmiş inşa yazı və rəsm müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Mahir nişançı”  güllə atıcılığı üzrə rayon turniri isə Mərdəkan qəsəbəsinin tirində keçirilmişdir. Xəzər Rayon Gənclər və İdman İdarəsinin rayonun Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi ilə birgə keçirdiyi turnirdə ən yüksək nəticəni 181 saylı orta məktəbin şagirdləri göstəriblər. 156 və 234 saylı orta məktəblərin şagirdləri isə ikinci və üçüncü yerləri tutublar.

Leyla QURBANOVA, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında