Xocalı şəhidlərinin anım mərasimi keçirilmişdir

 

 

Lənkəran Dövlət Universitetində  şəhər Gənclər və İdman İdarəsi ilə birgə Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri universitetin humanitar və pedaqoji elmlər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Kamran Kazımov açmış, günahsız qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Lənkəran Şəhər Gənclər və İdman İdarəsi rəisinin müavini Nazim Vəliyev erməni millətçilərinin Azərbaycana qarşı əsassız torpaq iddialarından, ölkə Prezidenti İlham Əliyevin dövlətçiliyimiz naminə apardığı haqq işindən danışmışdır.

Universitetin tələbə-gənclər təşkilatının sədri Ülvi Miriyev, üçüncü kurs tələbəsi Aynur Tağıyeva və başqaları çıxış edərək  bildirmişlər ki, təkcə Azərbaycanın deyil, eləcə də bəşəriyyətin faciəsi olan Xocalı soyqırımı insanlığa qarşı yönəldilmiş ağır cinayət hadisəsi, əsl soyqırımıdır. Qeyd olunmuşdur ki, Lənkəran Dövlət Universitetinin kollektivi “Azərbaycan həqiqətlərini dünyaya çatdıraq!” hərəkatına qoşulmuş, bununla əlaqədar universitetdə keçirilmiş kütləvi aksiyada min nəfərdən çox tələbə iştirak etmişdir. Universitetin vebsaytında “Azərbaycan həqiqətləri!” adlı səhifə açılmışdır. Eyni zamanda, bu günlərdə universitetin elmi kitabxanasında Xocalı soyqırımına həsr edilmiş kitab sərgisi, fakültələrdə stendlər və guşələr təşkil edilmiş, faciə ilə əlaqədar yazı müsabiqəsi keçirilmişdir.

Tədbirin sonunda “Xocalı” bədii filmi nümayiş etdirilmişdir.

M. YAQUBZADƏ, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında