İordaniya Senatı Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul etmişdir

İordaniya Senatı tərəfindən Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul olunmuşdur.

Azərbaycan Xarici İşlər Nazirliyindən AzərTAc-a daxil olmuş bəyanatda bildirilir ki, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Parlamentlər İttifaqının toplantısında Xocalı qırğını ilə bağlı qəbul edilmiş qərarlara uyğun olaraq və sözügedən qırğının 20-ci ildönümü ilə əlaqədar, habelə Senatın nümayəndə heyətinin Azərbaycana etdiyi səfəri fonunda İordaniya Senatı Xocalıda Azərbaycan xalqının məruz qaldığı, eyni zamanda, insan hüquqlarına qarşı zorakılıq hesab edilən təcavüzü, həmçinin məscidlərə və müqəddəs islam abidələrinə qarşı törədilmiş zorakılığı, bunun nəticəsində islam irsinə və mədəniyyətinə üzr vermiş ağır itkini pisləyir.

Bəyanatda, həmçinin vurğulanır: “İordaniya Senatı Ermənistan ilə  Azərbaycan arasında münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinə, habelə BMT Təhlükəsizlik Şurasının bu barədə qəbul etdiyi qətnamələrin icrasına çağırır.

Senat İordaniyanın münaqişələrin sülh yolu ilə həllinə, habelə xalqlar arasında məhəbbət, tərəqqi və inkişafa aparan yollarla insan həyatının zənginləşdirilməsi istiqamətində əməkdaşlıq əvəzinə, kin-küdurət və müsibətlər toxumu səpən zorakılıqdan və qarşıdurmadan uzaq olaraq, xalqlar arasında sülh və əməkdaşlıq dəyərlərinin möhkəmləndirilməsinə çağıran daimi mövqeyini bir daha dəstəkləyir.

Senat dövlətləri ağır məişət şəraiti ilə üzləşən azərbaycanlı qaçqın və məcburi köçkünlərə öz yurd-yuvalarına qayıdanadək humanitar yardımlar göstərməyə səsləyir”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında