ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanımışdır

 

 

 

Konnektikut ştatının Baş Məclisi Şuşanın işğalının ildönümündə Xocalı soyqırımının tanınması haqqında sənəd qəbul etmişdir

 

 

Konnektikut ştatının Hartford şəhərində Türk Amerikanları Assosiasiyası Şurası (Council of Turkic American Associations) və Konnektikutda Türk Mədəniyyət Mərkəzi (Turkish Cultural Center Connecticut) tərəfindən təşkil olunmuş Ştat Kapitolisində (yerli qanunverici orqanın yerləşdiyi bina) III illik Türk Gününə həsr olunmuş tədbir keçirilmişdir

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA ttp://apa.az/-ya verilən məlumata görə, tədbir zamanı Konnektikut ştatı Senatında çoxluq liderinin müavini senator Endryu Meynard və Nümayəndələr palatası spikeri müavini Kevin Rayan Xocalı qətliamının anılması və tanınması haqqında onların təşəbbüsü ilə Konektikut Ştatının Baş Məclisi tərəfindən qəbul olunmuş sənədi tədbirdə iştirak edən Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Məmməd Talıbova təqdim etmişlər.

 

Bundan sonra çıxış edən M. Talıbov Konektikut ştatı Baş Məclisinin nümayəndələrinə Azərbaycan tarixinin bu ağrılı səhifəsinə diqqət yetirilməsi üçün təşəkkürünü bildirərək, eyni zamanda 8 mayın qədim tarixə malik olan Azərbaycan mədəniyyətinin mərkəzlərindən olan Şuşa şəhərinin işğalı günü olduğunu və Azərbaycanın 20% ərazisinin 21 ildir ki, Ermənistan hərbi qüvvələrinin işğalı altında olduğunu qeyd etmişdir. Bu kontekstdə, M.Talıbov Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları əsasında tezliklə həll edilməsində ABŞ-ın daha fəal olmasının zəruri olduğunu bildirmişdir.

 

Tədbirdə həmçinin Konnektikut ştatının dövlət katibi xanım Denis Meril (Denise Merrill), Konnektikut ştatı Nümayəndələr palatasının spikeri Brendan Şarki (Brendan Sharkey), Nümayəndələr palatasında çoxluğun lideri Co Aresimoviç, Türkiyə Respublikasının Boston şəhərindəki baş konsulu Burak Karartı,  yerli Senat və Nümayəndələr palatasının üzvləri, habelə yerli türk icmasının nümayəndələri iştirak etmişlər. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında