Xəzər rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır

 

 

Xəzər Rayon İcra Hakimiyyəti rayonun gənclər və idman idarəsi ilə birgəXocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Xocalı sakinləri, yeniyetmə və gənclərin iştirakı ilə dəyirmi masa keçirmişdir.

Mərdəkan bələdiyyəsinin akt zalında keçirilmiş tədbirdə Xocalı soyqımına həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda məktəblilərin çəkdikləri rəsmlər nümayiş olunmuşdur. TədbirdəXocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Mərasim iştirakçılarına 7 min əhalisi olan Xocalı şəhərində erməni vandalları tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş cinayətlər barədə geniş məlumat verilmişdir. Dəyirmi masada Xəzər Rayon İcra Hakimiyyətinin şöbə müdiri Gülbala Qurbanov, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Mərdəkan bələdiyyəsinin sədr müavini Sevil Mansurova, Xocalı sakini Baxşeyiş Allahverdiyev və digər iştirakçılar o müdhiş gecənin tarixin ən qanlı səhifələrindən biri kimi yaddaşlardan silinməyəcəyini qeyd etmiş və vurğulamışlar ki, XX yüzilliyin dəhşətli faciəsi olan Xocalı soyqırımı təcavüzkar və cinayətkar erməni xislətinin məntiqi nəticəsi olaraq insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Tədbir iştirakçıları Xocalıda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə siyasətinin beynəlxalq hüquqi sənədlərə uyğun olaraq əsl soyqırımı aktı olduğunu bildirmişlər.

Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar rayonun orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilmiş inşa və rəsm müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilmişdir.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında