XOCALI qətliamı– XX əsrin dəhşətli cinayəti

 

 

1992-ci il, fevralın 25-dən 26-na keçən gecə. Azərbaycan mədəniyyətinin qədim mərkəzlərindən olan  Xocalı şəhərində heç zaman unudulmayacaq bir faciə yaşandı. Həmin gün xalqımızın yüzillərdir ki, başına gətirilən müsibətlərin ən dəhşətlisi törədildi. Mənfur erməni quldurları və keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşmiş, komanda və şəxsi heyətinin əksəriyyəti ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin dəstəyi ilə Xocalı şəhəri yerlə -yeksan edildi, dinc, günahsız azərbaycanlı əhali amansızlıqla qətlə yetirildi.

Xatın, Liditsa, Oradur... kimi Xocalı faciəsi də insanlıq tarixinə dəhşətli soyqırımı olaraq daxil oldu. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin , o cümlədən 106 qadının, 83 uşağın, 70 qocanın həyatına son qoydu. 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin isə taleyi hələ də məlum deyil.

Bu hadisə nəticəsində 1000-dən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. Onların 76 nəfəri yetkinlik yaşına çatmamış uşaqlar idi. Xocalı qırğını zamanı 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini,130 uşaq isə valideynlərindən birini itirdi. 56 nəfər xüsusi qəddarlıqla öldürüldü, diri-diri yandırıldı, başlarının dərisi soyuldu, gözləri çıxarıldı.

Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin, onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi. Bu mənfur siyasət xalqımıza saysız-hesabsız müsibətlər və əzab-əziyyətlər gətirmişdir.

Kafir erməni həmin o dəhşətli gecədə ağbircək anaya da güllə atdı, ağsaqqal qocaya da, südəmər körpəyə də. Bu qanlı günlə bağlı tükürpədici bir hadisəni sizinlə bölüşmək istərdim. Soyqırımı nəticəsində anasını, atasını və yaxınlarını itirmiş Xatirə Orucovadan körpə bacısı ilə bağlı eşitdiklərim damarlarımda qanımı dondurdu. Şaxtalı havada ananın qucağında südəmər körpədən söhbət gedir. Ana düşmən gülləsinə tuş gəlmiş və həlak olmuşdu. Körpəninsə nə baş verdiyindən xəbəri yox idi. Körpənin öldüyünü zənn edərək onu məsçidə yumağa gətirmişdilər. Üzərinə su tökərkən buzu açılmış və körpə möcüzə nəticəsində sağ qalmışdı. Düşmən amansız idi və xislətindəki bütün insani hissləri kənara qoyub, quduz canavara dönmüşdü. O, türk qanına həris idi və bu qandan içdikcə quduzlaşır, ehtirasla ovunun üstünə atılırdı. Onun qəlbində yalnız bir istək vardı: Türk qanı içmək!

Məgər ermənilər bu vəhşiliyi edəndə Allah xofundan ehtiyat etmədilərmi? Əlbəttə ki, yox!  Kafirdə hansı insani düşüncə ola bilər ki, Allahdan da ehtiyatlansın?

Dəhşətli Xocalı görüntülərini dünyaya çatdırmaqla bizə kömək olan Çingiz Mustafayevin ruhu önündə baş əyir və Allahdan ona rəhmət diləyirik.

Sonda bildirmək istərdim ki Ağ Evin rəsmi internet saytında yerləşdirilən Xocalı faciəsi ilə bağlı toplanmış yüz min səs Xocalıya verilən real qiymətdir.

Biz millətimizin namusuna toxunulmağın yükünü daşıya bilmirik artıq! Damarımızda axan babaların qanı bizi boğur, incidir, qəzəb yumruğuna çevrilir. Bu soyqırımına bais olanlar, əmin olsunlar ki, o düyümlənən yumruğumuz bir gün milli heysiyyətimizə dil uzadan günahkarların sifətinə vurulacaq!

İşğal altında inildəyən torpaqlarımız azad olunsa da, qaçqın və məcburi köçkünlərimiz yurd-yuvalarına geri dönsələr də Xocalı faciəsinin  qərinələr, yüzilliklər boyu yaddaşlardan silinməyəcəyinə ümid edirəm. Ümid edirəm ki, o məsum şəhidlərimizin qanı yerdə qalmayacaq.

Sənubər VERDİYEVA 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında