Qan yaddaşımız: XOCALI

 

 

 

Azərbaycan Turizm İnstitutunda Xocalı faciəsinin 21-ci ildönümü böyük hüznlə anılmışdır. ATİ-də ilk dərslər Qarabağ tarixi, ötən əsrdə ermənilərin dəfələrlə yurdumuzda törətdikləri vəhşiliklər və Ermənistan-Azərbaycan münaqişəsini şərtləndirən səbəblərə həsr olunmuşdu.

Tələbələr 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri, eyni zamanda Rusiyanın 366-cı motoatıcı alayının hərbçiləri tərəfindən soydaşlarımıza qarşı işlənmiş dəhşətli cinayət faktlarına sadəcə qulaq asmamış, indiyədək bəşəri cinayətə hüquqi-siyasi qiymətin verilmədiyinə öz münasibətlərini bildirmişlər. Anım mərasimində ermənilər tərəfindən bir gecədə yer üzündən silinən qədim şəhərdə 106 qadının, 63 uşağın, büsbütün 8 ailənin qəddarlıqla qətlə yetirildiyini, 1275 nəfərin əsir götürüldüyünü heç vaxt unutmayacaqlarını, Xocalı soyqırımının tarixin üzqarası olduğunu qətiyyətlə bildirmişlər. Qeyd etmək yerinə düşər ki,  “ATİ Media”da fevralın 24-dən Xocalı faciəsinə həsr olunmuş xüsusi video-çarx nümayiş etdirilmişdir. ATİ-nin müəllim və tələbələri anım günündə  soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı”  abidəsini ziyarət etmiş və əklil qoymuşlar.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında