Xocalı soyqırımına həsr olunmuş mərasim keçirilmişdir

 

 

Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzində Xocalı faciəsinə həsr olunmuş mərasim keçirilmişdir. Mərasimdə çıxış edən mərkəzin direktoru Xəzər İsayev 21 il bundan əvvəl erməni millətçilərinin insanlığa sığmayan vəhşiliyi nəticəsində Xocalı sakinlərinə divan tutulduğunu, uşaq, qoca və qadınların xüsusi qəddarlıqla qətlə yetirildiyini demiş, Xocalı soyqırımının xalqımızın tarixinə ən dəhşətli faciələrdən biri kimi daxil olduğunu bildirmişdir.

Ümummilli lider Heydər Əliyevin “Xocalı faciəsi 200 ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” fikirlərini xatırladan X.İsayev qeyd etmişdir ki, Xocalı soyqırımı artıq dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları tərəfindən tanınıb və bunların sayı getdikcə artmaqdadır. Natiq vurğulamışdır ki, dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir və yolverilməz olduğunu bildirir. Xəzər İsayev çıxışında “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində kütləvi tədbirlərin, konfransların keçirildiyini demiş, Ermənistanın hərbi təcavüzünün dünya ictimaiyyəti tərəfindən pislənildiyini vurğulamışdır. Mərasimdə çıxış edənlər qeyd etmişlər ki, azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının, insanlığın əleyhinə yönəldilmiş hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır. 

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında