Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilmişdir

 

 

Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar “Azərsun Holdinq” şirkətlər qrupu silsilə tədbirlər təşkil etmişdir.

Şirkətlər qrupunun maliyyə dəstəyi ilə Oqtay Hacımusalının qələmə aldığı soyqırıma həsr olunmuş “Xocalı-1992” kitabı Türkiyədə nəşr olunaraq ictimaiyyətin nümayəndələrinə, müxtəlif institutlara təqdim olunmuşdur. Bu kitabda həmin illərdə ermənilər tərəfindən Xocalıda törədilmiş qətliam əks olunub. Kitab Türkiyə ictimaiyyəti tərəfindən böyük diqqətlə qarşılanmışdır.

Şirkətlər qrupunun Xocalıya həsr olunmuş tədbirlərindən biri də fevral ayının 25-də holdinqin mədəniyyət mərkəzində “Bura vətəndir” aksiyası çərçivəsində “Xocalıya ədalət” adlı ədəbi-bədii kompozisiya olmuşdur. Kompozisiya Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən hazırlanmışdır. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov və Milli Məclisin deputatı Hüseynbala Mirələmov Xocalı soyqırımı ilə bağlı çıxış etmiş, erməni qəsbkarlarının törətdiyi bu vəhşiliyi pisləmişlər.

“Azərsun Holdinq”in təşkil etdiyi silsilə tədbirlərin davamı olaraq 26 fevral Xocalı soyqırımının ildönümünü yad etmək üçün şirkətlər qrupunun müşahidə şurasının sədri Abdolbari Goozal və holdinqin rəhbər işçiləri soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edərək gül çələngi və tər çiçəklər qoymuşlar. Faciə qurbanlarının əzizi xatirəsi şirkət kollektivi tərəfindən dərin hüznlə yad edilmişdir.

Ə.BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında