YAP Gənclər Birliyi Xocalı abidəsini ziyarət etmişdir

 

 

Seymur ORUCOV: Xocalı faciəsindən 21 il ötməsinə baxmayaraq, bu faciə unudulmazdır

Dünən səhər saatlarından başlayaraq paytaxtın Xətai rayonunda yerləşən “Xocalı” abidəsi insanların kütləvi ziyarətgahına çevrilmişdi. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri də Azərbaycan bayraqları və “Xocalıya ədalət” yazılımış plakatlarlarla Xocalı prospekti boyunca yürüş edərək abidəni ziyarət etmiş, önünə YAP GB adından əklil qoyaraq şəhidlərimizin ruhları qarşısında baş əymişlər.

YAP GB-nin sədri Seymur Orucov həmfikirləri qarşısında çıxış edərək bildirmişdir ki, Xocalı faciəsindən 21 il ötməsinə baxmayaraq, bu qan bizim üçün hələ də təzədir: “İl boyu Xocalını müxtəlif tədbirlərlə yad edirik və bu onu göstərir ki, Xocalı bizim yaddaşımızdadır. Qatıldığımız tədbirlərdə, xarici səfərlərdə hər zaman Dağlıq Qarabağ problemi və onun ən faciəli olayı Xocalı soyqırımı barəsində məlumatlar səsləndiririk. Bu məsələ ölkə rəhbərliyinin də daim diqqətindədir. Prezident cənab İlham Əliyev şəxsən Xocalının təbliğatı ilə bağlı tövsiyə və göstərişlər verir, təşəbbüslər göstərir. Heydər Əliyev Fondunun da bu istiqamətdə apardığı böyük kampaniyalar öz bəhrəsini verməkdədir və artıq Xocalı soyqırımını bir çox dövlətlərin parlamentləri tanımağa başlamışlar. Bu da Azərbaycanın apardığı təbliğat işinin mühüm real nəticəsidir. Arzumuz budur ki, bir daha nəinki Azərbaycan, ümumən bəşər tarixində belə bir hadisə baş verməsin”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında