“Kapital Bank”da anma mərasimi

 

 

“Kapital Bank” ASC-də Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir. Bank əməkdaşları əvvəlcə Bakıdakı “Xocalı” abidəsini ziyarət edərək abidə önünə əklil qoyublar.

Bankın Baş ofisində keçirilən geniş toplantıda isə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Soyqırımın miqyasını əks etdirən faktlar bir daha xatırlanıb. İllər ötdükcə Xocalı faciəsinin dəhşətlərinin daha aydın şəkildə dərk olunduğu qeyd edilib. Vurğulanıb ki, 613 nəfər mülki şəxsin sadəcə azərbaycanlı olduqlarına görə ağır işgəncələrlə qətlə yetirilməsi, yüzlərlə insanın yaralanması, əsir götürülməsi Ermənistanın təkcə Azərbaycan xalqına qarşı yox, ümumilikdə bəşəriyyətə qarşı törətdiyi dəhşətli cinayətdir. Ermənistan siyasiləri buna görə ədalət mühakiməsi qarşısında cavab verməlidirlər.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu məsələdə tutduğu qətiyyətli mövqeyin hər bir Azərbaycan vətəndaşı üçün örnək olduğu bildirilib. Dünyanın hansı məkanında yaşamasından asılı olmayaraq humanizm prinsiplərinə hörmətlə yanaşan hər bir insanın Azərbaycanın haqlı mövqeyinə dəstək verməli olduğu diqqətə çatdırılıb. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında