Danimarka, Finlandiya və Almaniyada Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək

 

 

Fevralın 23-də Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Kopenhagenin mərkəzi meydanı “Radhusplatsda” icazəli etiraz mitinqi keçiriləcək. Saat 12.00-dan 14.30-a qədər davam edəcək mitinqdə azərbaycanlılara dəstək olaraq türk və türkmən cəmiyyətləri də iştirak edəcəklər.

Mitinqdə danimarkalılara və şəhərin qonaqlarına Xocalı soyqırımını əks etdirən kitablar, vərəqələr, bukletlər və broşürlər təqdim olunacaq.

Fevralın 26-da isə Helsinki şəhərində Finlandiya Azərbaycanlıları Assosiasiyası “Caisa” Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş “XX əsrin ən böyük faciəsi-Xocalı soyqırımı” adlı konfrans keçirəcək.

Tədbir iştirakçılarına erməni silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qətliam - Xocalı soyqırımı haqqında geniş məlumat veriləcək.

Qeyd edək ki, konfransda Helsinki Parlamentinə Xocalı soyqırımının tanınması haqqında müraciətin qəbul edilməsi nəzərdə tutulmuşdur.

Almaniyanın Drezden şəhərində Almaniya-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş aksiya keçirəcəkdir. Fevralın 24-dən etibarən 3 gün ərzində şəhərətrafı və şəhərdaxili marşrutlar üzrə hərəkət edən 89 ədəd sənişin nəqliyyatının monitorlarında “Azərbaycan Xocalı faciəsi qurbanlarının xatirəsini hər zaman böyük ehtiram hissi ilə yad edir”, “Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliam” ifadələri nümayiş olunacaqdır. Monitorlarda yayımlanan ifadələri orta hesabla 450-500 min sərnişinin izləyəcəyi gözlənilir.

Samirə ƏLİYEVA
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında