Xocalı soyqırımı bəşəriyyətə, insanlığa qarşı yönəlmiş ən dəhşətli cinayətdir (əvvəli ötən sayımızda)

 

 

(əvvəli ötən sayımızda)

Azərbaycan parlamenti Helsinki-voteun  təşkilatına  1992-ci il iyun ayındakı hesabatında 927 nəfər  xocalılının məhv edildiyi göstərilir. Bir sıra itkin düşmüş   hesab  edilənlərin hamısının  erməni cəlladları  tərəfindən dərhal, əsir götürülənlərin  xeyli hissəsinin az sonra   qətlə yetirildiyi nəzərə aslınarsa Xocalı faciəsi qurbanlarının 1050 nəfərdən  çox olduğu təsdiqlənir. Xocalı faciəsi ilə bağlı rəqəmlərin  dəqiqləşdirilməsi  şəhidlərimizin  ruhuna ehtiram ola bilər.

XX yüzilliyin  dəhşətli faciəsi olan  Xocalı soyqırımı   təcavüzkar və cinayətkar erməni  xislətinin   məntiqi  nəticəsi  olaraq insanlığa, bəşəriyyətə  qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.  Ermənilər “arxalı köpək qurd basar” prinsipi ilə  arxasında duran  Rusiyanın  qoşunu və silahı gücünə belə bir qətliam   törətdilər.  Xocalıda ermənilər  tərəfindən   azərbaycanlılara  qarşı törədilmiş etnik  təmizləmə  siyasəti   beynəlxalq  hüquqi  sənədlərə uyğun olaraq əsl  soyqırım aktı hesab olunur.

Rusiyanın, Fransanın, Böyük Britaniyanın, ABŞ-ın uzun  illər  boyu ermənilərə olan sədaqətinə  və yardımına baxmayaraq, bu  ölkələrdəki  kütləvi   informasiya  vasitələri  Xocalı  qətliamı  barədə  obyektiv  məlumat verirdilər, erməni vəhşiliklərini dünyaya  yayırdılar.   Onlardan bir neçəsini  nəzərə  çatdıraq. Parisdə çıxan  “Krua  Evenam” 1992-ci ilin fevralında yazırdı: “Ermənilərin Xocalıya  hücumu: bütün dünya tanınmaz  hala  salınmış  cəsədlərin  şahidi oldu”    “Le Monda” (Paris) 14 mart 1992-ci ildə  yazırdı: “Xarici jurnalistlər  Xocalıda  öldürülən qadınlar və  uşaqlar arasında  üç nəfərin başının  dərisinin   soyulduğunun və dırnaqlarının  çıxarıldıqlarının şahidi oldular. Bu, Azərbaycanın  tətbiğatı  yox, bir həqiqətdir”

“Sunday times” 1 mart 1992-ci ildə yazırdı: “Erməni əsgərləri minlərlə ailəni qətlə yetirmişlər”.

“Times” qəzeti erməni canilərinin yüzlərlə azərbaycanlını qətlə yetirdiklərini, minlərlə adamın  itkin düşdüyünü  bildirirdi.

1988-1994 -cu illərdə erməni  faşistləri xalqımıza  qarşı 373  terror aktı  və kütləvi  qırğınlar törətmişlər. 20 mindən artıq  soydaşımız şəhid olmuş, 50 mindən çoxu yaralanmış  və əlil olmuşdur. 900 yaşayış məntəqəsi, 100 min yaşayış binası, 600-dən çox təhsil, 250 tibb müəssiəsi, 1000 iqtisadi obyekt dağıdılmışdır. Ermənilər 17 min kvadratkilometr  (20 faiz) ərazimizi  işğal etmişlər. Hazırda 1 milyondan  çox qaçqın və məcburi köçkün vardır. 2 milyondan artıq soydaşımız erməni təcavüzündən zərər çəkmişdir.

Bütün bu qətliamlar  özünü xalqın  yazıçısı  sayan  Əkrəm Əylislinin gözü qarşısında   baş versə də o, erməni vandallarına haqq qazandırır, açıq-aşkar antiazərbaycan  mövqeyindən  çıxış edir.

Ə.Əylislinin bu yaxınlarda erməni lobbisinin sifarişi ilə  Moskvada çıxan “Daş yuxular” adlı kitabı başdan ayağa xalqımıza  böhtan xarakteri daşımaqla, öz millətini, xalqını ləkələməyə tuşlanmışdır.

“Moskovskiye novosti” qəzetinin  müxbiri  Viktoriya  İvleda da Xocalıya hücum  edənlərin  içərisində  olmaqla ermənilərin  dinc əhalini necə qəddarcasına  qətlə yetirdiklərini etiraf etmişdir. O, Şelli,  Naxçıvanik və Gülablı kəndləri istiqamətlərində yüzlərlə xocalılının qəddarcasını öldürüldüyünü nəzərə çatdırırdı.  

 ABŞ mətbuatı  Xocalı şəhərinin erməni quldurları tərəfindən  yerlə-yeksan  edilməsini 1992-ci ilin “ən iri faciəsi” adlandırmışdı. 

Həmin il “Vale aktual” jurnalı yazırdı ki, yaxın şərq ölkələrindəki ermənilərdən ən müasir silahlar, hətta vertolyotlar alaraq yüzdən artıq müsəlman kəndində  qırğın törətmişlər.

“İzvestiya” qəzetinin  müxbiri V.Bulik yazmışdır ki, ermənilərin Xocalı hadisələri  vaxtı gözləri oyulmuş, qulaqları kəsilmiş, kəllə sümükləri çıxarılmış, başları kəsilmiş  saysız-hesabsız  meyitlər onu sarsıtmışdır.

Xocalı qətliamının  iştirakçısı D.Xeyriyan yazır ki, l2 martda erməni qrupu “Qaflan” yüzdən artıq azərbaycanlının cəsədlərini yığaraq  Xocalıdan  bir  kilometr qərbdə yandırdı.... Sonuncu maşında mən alnından və əlindən yaralanmış 10 yaşlı qızı gördüm. Bu qız güclə nəfəs alırdı. Mən ölümlə mübarizə aparan bu qızın  gözlərini unuda bilmirəm... bu qızı da götürüb meyitlərin üstünə atdılar. Sonra onları yandırdılar. Yandırılan meyitlər içərisində can verən  xocalıların fəryadı eşidilirdi”.

“Böyük Ermənistan”  ideyasının əsas ideoloqlarından olan  Zori Balayan  Xocalı  soyqırımında  birbaşa iştirak etdiyini  təsdiqləyir. O “Ruhumuzun dirçəlməsi”  əsərində yazır ki,  mən  dostum Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən 13 yaşlı türk qızının  pəncərəyə mismarlandığını gördük. Onun səsini susdurmaq məqsədilə “Xaçatur uşağın anasının  kəsilmiş döşünü qızın ağzına dürtdü... mən uşağın başının, sinəsinin və qarnının dərisini soydum”. Sonra uşağın cəsədini  tikə-tikə  doğrayıb türklə eyni kökdən olan  itlərə atdıq. Həmin axşam eyni şeyi daha üç türk uşağına  tətbiq etdik”. İnsanların dərisini soyan, qanını içən bu quldur yazıçı bəyan edir: “Ruhum xalqımın 1 faizinin belə qisasını aldığı üçün sevincindən qürurlanırdı”.

Kitabda göstərilən cinayət əməllərinə görə Z.Balayan və onun  silahdaşları beynəlxalq Haaqa Məhkəməsinə verilməli və layiqli  cəzalarını almalıdırlar.

Busiyanın “Memoreal” Hüquq Müdafiə Mərkəzinin məlumatında  çoxlu miqdarda diri adam başının, qarnının dərisinin  soyulması faktı qeydə alınıb. Bunlar erməni faşizminin əsl mahiyyətini göstərir.

Qarabağda törədilmiş  qırğınlar, Xocalı qətliamı o zaman Dağlıq Qarabağ rəhbərləri olmuş R.Koçaryan, S.Sarkisyan və A.Qukasyanın  hazırladıqları plan əsasında  həyata keçirilmişdir.  İndi Ermənistana başçılıq edən S.Sarkisyan Xocalı soyqırımının  fəal təşkilatçılarından olduğunu etiraf edərək göstərmişdir: “Xocalı hadisələrinə qədər azərbaycanlılar  fikirləşirdilər ki,  bizimlə zarafat etmək olar, onlar güman edirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu  fikri sındırmağa  nail olduq”.  Bu sözləri dünyaya yazıq və əzabkeş xalq kimi özünü təqdim edən bir  təcavüzkar  dövlətin  başçısının söyləməsi ermənilərin  sözün əsl mənasında  quldur və qaniçən məxluq olduğunu  təsdiqləyir.

Xocalı qətliamında  təkcə erməni quldarları və rus  şovinistləri deyil, həm də  uzun müddət  düşmən əhatəsində qalan şəhər əhalisinə lazımi kömək göstərməyən  respublika rəhbərliyi, eləcə də Qarabağ  kartından istifadə edərək hakimiyyətə can atan  siyasətbazlar  günahkar idilər.  1988-1994-cu illərdə  qısa müddət  ərzində  ermənilər  xalqımıza  qarşı 373 terror aktı, kütləvi qırğınlar törətmişlər. Özünü xalq yazıçısı kimi təqdim edən ermənipərəst Əkrəm Əylisli yaxşı bilir ki,  erməni vandalları insanları  görünməmiş  qəddarlıqla qətlə yetirmişlər. Onların başının dərisini soymuş, gözlərini çıxarmış, əzalarını kəsmiş, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri yandırmışlar. Bu dövrdə 2 milyon nəfərdən çox  soydaşımızın  zərər çəkdiyini Əkrəm bilməli idi. Erməni vəhşiliklərinin həddi-hüdudunun   olmadığını görən  dünyanın iri  dövlətləri o illərdə də, indi də  erməni terrorçularını dəstəkləyir, müdafiə edirlər.

Amerika erməni lobbisinin  təzyiqi altında ABŞ Konqresi Azərbaycana qarşı 907-ci saylı qərar  qəbul edərək  ona yardımı  kəsib  təcavüzkarın Azərbaycan yox, Ermənistanın olmasına baxmayaraq bu qərar yerinə yetirildi. Halbuki, Amerika  Azərbaycanı deyil, Ermənistanı cəzalandırmalı idi.

Xocalı faciəsini erməni quldurları ona görə  törətmişlər ki,  xalqımızı  qorxudaraq min illərlə yaşadıqları torpaqları  tərk etməyə məcbur etsinlər. Lakin Azərbaycan xalqı  öz torpağını mərdliklə müdafiə edərək  minlərlə şəhid vermişdir. Xocalı soyqırımını  unutmağa heç bir azərbaycanlının haqqı yoxdur.

Xocalı soyqırımı ilə bağlı  sənədlər Türkiyə, Gürcüstan, Rusiya və digər  dövlətlərin parlamentlərinə, BMT İnsan Haqları üzrə Ali Komisarlığına, Avropa İttifaqı  Parlament Assambleyasına, ATƏT-in Parlament Assambleyasına, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları  Bürosu kimi beynəlxalq  təşkilatlara, xarici ölkələrdəki Azərbaycan diasporu mərkəzlərinə göndərilib. Ermənistan dövləti  beynəlxalq təşkilatların   onlara ünvanladıqları qətnamələrə  məhəl qoymayıb, öz çirkin niyyətlərini  həyata keçirməkdədir. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin Ermənistan ordusu tərəfindən  işğalı və onları dərhal qeyd-şərtsiz tərk etmələri ilə bağlı qətnamələrinə baxmayaraq, indiyə qədər onlara əməl etməmişdir.

Erməni silahlı qüvvələrinin Xocalı şəhərinə hücumu zamanı dinc sakinlərə qarşı törətdikləri cinayətlər Cenevrə Konvensiyasının, həmçinin BMT-nin Baş Məclisinin qəbul etdiyi İnsan Hüquqları Bəyannaməsinin müddəalarını kobud şəkildə pozur.  

Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, prinsipal və qətiyyətli siyasi xətt, mövcud problemin sülh və danışıqlar yolu ilə  həlli istiqamətinə yönəlib. Qaçqına çevrilmiş və Azərbaycanın 48 rayonunda müvəqqəti sığınacaq tapan Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini, Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını, respublikamızın ərazi bütövlüyünün bərpa olunmasını səbirsizliklə gözləyir. Dünyanın 70 ölkəsində Xocalı faciəsinə  həsr edilmiş tədbirlər keçirilir.

Bu dəhşətli cinayətə heç cür haqq qazandırmaq olmaz. Xocalı faciəsinin təşkilatçıları  və icraçıları layiq olduqları cəzanı almalıdırlar. Xocalının  dinc sakinlərinə qarşı törədilmiş, günahsız insanların, o cümlədən uşaqların, qadınların və qocaların həyatına son qoymuş soyqırımı aktı tarixdə ən dəhşətli və qanlı faciə kimi  yer alıb.

Azərbaycan tarixinin gizlin saxlanılan  və uzun müddət təhrif edilən  səhifələrindən biri  də  erməni quldurları tərəfindən  xalqımıza qarşı törədilmiş, lakin uzun illər  özünün hüquqi və siyasi qiymətini almamış  deportasiya və soyqırımı  siyasətidir. Ulu öndər Heydər Əliyevin  imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il  tarixli fərmanı  bu boşluğu dolduran və  tarixi həqiqətləri açıqlayan  qiymətli sənəddir.  Bu fərman 200 ildən artıq müddətdə erməni canilərinin  xalqımıza qarşı  törətdikləri cinayətləri hazırki və gələcək nəsillərə, habelə bütün dünya ictimaiyyətinə çatdıran, həm də beynəlxalq  əhəmiyyət  kəsb edən sənəddir.

Heydər Əliyevin layiqli varisi  Prezident İlham Əliyev erməni ekspansiyasını və yalanlarını ifşa etmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə  çatdırmaq sahəsində  uğurlu xarici siyasət yeridir.  Artıq bir sıra  beynəlxalq  təşkilatların və ölkələrin parlamentlərinin qəbul etdikləri  sənədlərdə Ermənistan işğalçı və terrorçu dövlət kimi  göstərilmişdir.

Prezidentin  Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar imzaladığı  sərəncamda deyilir ki, Azərbaycana qarşı erməni şovinistlərinin törətdikləri Xocalı qətliamı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə  çatdırılmalı, bu son dərəcə  ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.

Xocalı qətliamına obyektiv qiymət verilməsi və erməni quldurlarının cəzalandırılması sahəsində Heydər Əliyev Fondunun, onun prezidenti, YUNESKO və İSESKO-nun  xoşməramlı  səfiri Mehriban Əliyevanın  çoxsahəli fəaliyyəti  olduqca təqdirəlayiqdir. Fondun təşkilatçılığı ilə gənclər arasında keçirilən “Xocalı uşaqların gözü ilə”  rəsm müsabiqəsinin, əl işlərinin və fotoşəkillərinin bir çox ölkələrdə keçirilən sərgisi Xocalı soyqırımı haqqında ətraflı təəssürat yaratmışdır.

Heydər Əliyev Fondu prezidentinin  müavini Leyla Əliyevanın  təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası da erməni cinayətkarlarının ifşa edilməsi sahəsində oduqca  səmərəli iş görür.

Xəlil KÖÇƏRLİ,
tarix elmləri doktoru, professor,
əməkdar müəllim 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında