ABŞ-ın nüfuzlu qəzetlərində Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar məqalə dərc olunmuşdur

 

ABŞ-ın nüfuzlu “Santamaritimes” və “Timespressrecorder” qəzetlərində Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar “Qırğının ildönümü” sərlövhəli məqalə dərc olunmuşdur.

Məqalədə deyilir ki, fevralın 26-da Amerika azərbaycanlıları və Amerika Azərbaycan Şəbəkəsinin üzvləri 1990-cı illərin ən dəhşətli hadisələrindən olan Xocalı qırğınının - keçmiş SSRİ ərazisində XX əsrin ikinci yarısında baş verən ən dəhşətli müharibə cinayətinin 21-ci ildönümünü qeyd edəcəklər.

Günahsız Azərbaycan vətəndaşlarına qarşı törədilən bu cinayət Ermənistanın hazırkı prezidentinin birbaşa göstərişi ilə həyata keçirilmişdir. Qərbi avropalı, rusiyalı jurnalistlər, həmçinin insan hüquqları müdafiəçiləri ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri və 613 insanın ölümünə səbəb olan bu mənfur cinayətə şahid olmuşlar.

Bir neçə ölkə və ABŞ-ın Massaçusets, Meyn, Texas, Corciya, Nyu-Mexiko və Nyu-Cersi ştatlarında bu hadisə ilə əlaqədar parlament səviyyəsində qətnamələr qəbul edilmiş və qubernatorlara müraciət göndərilmişdir. ABŞ Konqresinin bir neçə üzvü Konqres qeydiyyatı üçün bu qətnamələri qəbul etmişlər.

Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar Ağ Evin internet səhifəsində petisiya yerləşdirilmiş və qısa müddətdə lazımi sayda imza toplanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında