Mədəniyyət və incənət xadimləri prezident seçkilərində də nümunə göstərəcəklər

Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərində iştirak etmək, ən layiqli namizədə səs vermək hər birimizin vətəndaşlıq borcudur. Prezident seçkiləri hər bir ölkənin tarixində böyük əhəmiyyətə malikdir. Çünki məhz bu seçkilərdə xalqın, Vətənin taleyi həll olunur. Gələcəyimizi seçdiyimiz Prezidentə etibar edirik. Ona görə də hər bir seçici seçkilərdə fəal iştirak etməli, dövlətimizin başçısının müəyyənləşdirilməsində diqqətli olmalıdır.

Son illər ölkəmiz bütün sahələr üzrə inkişafını qoruyub saxlayıb. Müstəqillik yolunda böyük təcrübəsi olan, dünyanın inkişaf etmiş ölkələrində baş verən qarşıdurmalar, qətllər, etiraz aksiyaları son illər daha da çoxalıb. Eşidirik ki, hansısa inkişaf etmiş dövlətlərdə təhsil müəssisəsinə silahlı basqın oldu, məktəblilər və müəllimlər qətlə yetirildi. Digər ölkələrdəki miqrant axını, maliyyə böhranı oradakı əhalinin həyat səviyyəsini daha da ağırlaşdırır.

Uzağa getməyək, elə qonşu, işğalçı Ermənistandakı vəziyyəti gözlərimiz önünə gətirək. Bu ölkənin əhalisi, işsizlikdən aclıq və səfalətdən xarici ölkələrə üz tutub. Yeri gəlmişkən, qeyd edim ki, bu yaxınlarda Ermənistanda keçirilən prezident seçkiləri bu ölkənin iç üzünü bir daha açdı və dünya ictimaiyyətinə bəlli oldu ki, işğalçı Ermənistanda seçki də oyuncağa çevrilib. Bu seçkiyə dünya ictimaiyyəti, həmçinin beynəlxalq təşkilatlar da heç bir əhəmiyyət vermədi. Məndə olan məlumata görə, Ermənistanda keçirilən prezident seçkilərinə bir nəfər də olsun beynəlxalq müşahidəçi gəlməyib. Azərbaycanda keçirilən seçkilər isə həmişə beynəlxalq birliyin diqqət mərkəzində olub və çoxlu sayda beynəlxalq müşahidəçinin iştirak etməsi ilə yadda qalıb.

Aprelin 11-də respublikamızda keçiriləcək prezident seçkiləri də beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Ümid edirik ki, ötən seçkilərdə olduğu kimi, bu dəfə də ölkəmiz demokratik və ədalətli seçki keçirməyə qadir olduğunu yenidən təsdiqləyəcək.

Səkinə İSMAYILOVA,
Milli Konservatoriyanın professoru,
Xalq artisti, Prezident təqaüdçüsü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında