Vayra Vike-Freyberqa: Azərbaycan mənim üçün ikinci Vətəndir

Bakıda yenidən olmağımdan məmnunluq duyuram. Azərbaycan artıq mənim ikinci Vətənimdir.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, VI Qlobal Bakı Forumunun iştirakçısı, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa deyib.

Prezident İlham Əliyev və Birinci vitse-Prezident Mehriban Əliyevanın rəhbərliyi ilə möhtəşəm qonaqpərvərliyin nümayiş olunduğunu söyləyən sabiq prezident uzun illərdir belə mötəbər forumda işləməkdən qürur duyduğunu dilə gətirib. "Qlobal Bakı Forumu istər əhatə dairəsi, istərsə də keyfiyyəti baxımdan ildən-ilə daha da genişlənir. İkitərəfli əlaqələrimiz olduqca fəaldır. Azərbaycan Latviyanın etibarlı dostudur. Ölkələrimizin rəsmi şəxsləri, iş adamları mütəmadi qarşılıqlı səfərlər həyata keçirirlər", - deyə sabiq prezident qeyd edib.

Azərbaycanın geostrateji baxımdan mühüm əhəmiyyətindən danışan Vayra Vike-Freyberqa "Cənub Qaz Dəhlizi" layihəsinin Avropanın enerjiyə olan tələbatının ödənilməsində mühüm rol oynayacağını vurğulayıb: "Bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin daha etibarlı surətdə təmin olunması deməkdir. Layihə enerji nəqlinin şaxələndirilməsinə xidmət edəcək. Ölkənizin irimiqyaslı uğurları məni də sevindirir".

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında