Rövzət Qasımov: Mərkəzi Seçki Komissiyası KİV-lə birgə fəaliyyət göstərməkdə maraqlıdır

Seçkilərin açıq və şəffaf keçirilməsində bizim ən yaxın dəstəkçimiz kütləvi informasiya vasitələridir. Bu, istər yerli, istərsə də xarici mediaya aiddir.

Bu fikri Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri Rövzət Qasımov AZƏRTAC-a açıqlamasında deyib.

Rövzət Qasımov qeyd edib ki, MSK KİV-in tam və dəqiq məlumatlandırılmasında maraqlı olan təşkilatdır. Komissiya medianın köməyindən istifadə edərək ictimaiyyətin seçkilərlə bağlı bütün proseslər barədə daha geniş məlumatlanmasını qarşısına məqsəd qoyub.

Seçki Məcəlləsindən də irəli gələrək mətbuatın seçki prosesini izləməsi və məlumat yayması üçün heç bir məhdudiyyətin olmadığını deyən MSK Katibliyinin müdiri bildirib ki, xarici mətbuat da seçki prosesi ilə bağlı informasiya ilə təmin olunur. Bundan əvvəlki seçkilərdə də xarici mətbuat heç bir problem olmadan informasiyalar əldə edib.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında