Azərbaycan vətəndaşları ölkəmizin tərəqqisinə, parlaq gələcəyinə səs verəcəklər

 Bəlli olduğu kimi, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri bu mühüm siyasi kampaniyada fəal iştirak etmək arzusu ilə səsvermə gününü səbirsizliklə gözləyirlər. “Şöhrət” ordenli müğənni, Xalq artisti Niyaməddin Musayev seçkilər barədə söz düşərkən bunları dedi:

– Məlumdur ki, seçkilər hər bir xalqın ictimai-siyasi həyatında mühüm rol oynayır. Bizim xalqımız sivil, demokratik inkişaf yolunu seçib. İnanıram ki, budəfəki seçkilər də əvvəlki illərdə olduğu kimi, ölkə vətəndaşlarının fəal iştirakı ilə ən yüksək səviyyədə keçiriləcək.

Dahi siyasətçi Heydər Əliyev dönə-dönə qeyd edirdi ki, heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz. Sevinirəm ki, ulu öndərin bu müdrik siyasi xətti bu gün ölkəmizdə böyük uğurla davam etdirilir. Bu, o deməkdir ki, xalqımızın gələcəyi daha işıqlı, daha parlaq olacaq.

Son illər dövlətimiz mədəniyyətimizin inkişafına böyük qayğı göstərir. Bu, bir həqiqətdir. Bunu görməmək, qiymətləndirməmək insafsızlıq olardı. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın danılmaz xidmətlərini xüsusi qeyd etməyi özümə borc bilirəm. Bunlar bizi, bütün sənət adamlarını çox sevindirir və daha böyük həvəslə xalqımıza xidmət etməyə ruhlandırır.

Sözümün sonunda bir daha qarşıdakı seçkilərin əhəmiyyətini vurğulamaq istəyirəm. Sirr deyil ki, seçkilərin yüksək səviyyədə, uğurla keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artıra bilər. İnşallah, məhz belə də olacaq.

Yeri gəlmişkən, mən səsvermə hüququ olan bütün vətəndaşlarımızı qarşıdakı seçkilərdə fəal iştirak etməyə çağırıram. İnanıram ki, onlar Azərbaycanın tərəqqisi, parlaq gələcəyi naminə düzgün seçim edəcəklər.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında