Aprelin 11-də müstəqil respublikamızın yüksəlişi və firavanlığı naminə səs verəcəyik

Müstəqil Azərbaycanın tarixində ilk demokratik prezident seçkiləri 1993-cü ilin oktyabrında keçirilib. Həmin seçkilərlə  xalqımızın siyasi iradəsi tam ortaya qoyulub: Azərbaycan özünün dahi oğluna, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevə məhəbbətini və etimadını bütün dünyaya nümayiş etdirib, ümummilli liderin hakimiyyətini legitimləşdirib.

Ulu öndər Heydər Əliyevin Prezident seçilməsi Azərbaycanda tamamilə yeni bir siyasi-ictimai münasibətlər sisteminin bərqərar edilməsinə, nəhayət, ümumxalq maraqlarının gerçəkləşməsinə xidmət edən proseslərin start götürməsinə səbəb oldu, xalqın özünə inamını, sabaha nikbin baxışlarını bərpa etdi, dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynayan ictimai-siyasi sabitliyin əsasını qoydu. Ümummilli lider xalqın səsinə səs verməklə ölkədə siyasi və milli-ideoloji birliyin təməlini qoydu. Dövlət quruculuğu sahəsində nailiyyətlər, qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin qurulması, milli iqtisadiyyatın inkişaf yoluna çıxarılması, ölkəmizin maraqlarına uyğun yeni neft strategiyasının reallaşdırılması və bu kimi uğurlar Heydər Əliyev ideyalarının təcəssümü idi.

Azərbaycanın əldə etdiyi iqtisadi yüksəlişin, demokratik dünyaya inteqrasiyasının təməli məhz o vaxtdan başlayıb. Həmin dövrdən etibarən, eyni zamanda,  seçki sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Ümumiyyətlə, 1993-cü ildən indiyədək keçirilən bütün seçkilərə, referendumlara, həmçinin ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə təyin olunan  əlavə və təkrar seçkilərə dair beynəlxalq təşkilatların verdikləri müqayisəli rəylər də onu təsdiq edir ki, Azərbaycanda seçkilərdən-seçkilərə seçki praktikası və mədəniyyəti daha da yüksəlib. Təbii ki, bütün bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokratik dəyərlərin möhkəmlənməsi ilə bağlı qətiyyətli və ardıcıl mövqeyi dayanır. Bu baxımdan Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri də təkmil seçki qanunvericiliyi ilə təşkil olunacaq. 

Əminəm ki, budəfəki prezident seçkilərində də xalqımız düzgün seçim edəcək. İnsanların sabaha inamının əsasında, təməlində isə gənc müstəqil Azərbaycan dövlətinin 1993-cü ilin yayından indiyədək  əldə etdiyi  çoxsaylı uğur və nailiyyətlərin qorunub saxlanılması, ölkəmizin daha da inkişaf etdirilməsi, xalqımızın sosial-rifah halının dünyanın aparıcı ölkələri səviyyəsinə çatdırılması, ordu quruculuğunun genişləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların intensivləşdirilməsi kimi mühüm məsələlər  dayanır.

Bəli, inanıram ki, xalqımız budəfəki prezident seçkilərində də   ölkədəki siyasi qüvvələr arasında azad və tərəddüdsüz, həm də doğru seçim edəcək qədər yetkin və müdrik olduğunu bir daha sübuta yetirəcək. Bu müdrik seçim həm də obyektiv reallığa, ölkənin son 14 ildə keçdiyi tarixi inkişaf yolunun məntiqi yekununa, konkret desək, Azərbaycan vətəndaşının bugünkü yaşam tərzinə əsaslanır.

Bu gün Azərbaycan cəmiyyəti ulu öndərin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn mükəmməl siyasi konsepsiya kimi qəbul edir. Xalqımızın aprelin 11-də keçiriləcək prezident seçkilərində düzgün və obyektiv reallığa əsaslanacaq seçimi isə müstəqil respublikamızın yüksəlişini və firavanlığını təmin edəcək.

Aqil EYVAZOV,
AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi,
iqtisad üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında