Seçki prosesində demokratikliyin və şəffaflığın təmin edilməsi üçün gərəkli addımlar atılır

Bu il aprelin 11-də Azərbaycan xalqı prezident seçəcək. Artıq seçki ilə bağlı hazırlıq işlərinə start verilib. Namizədlər irəli sürülür, imzatoplama kampaniyası həyata keçirilir, Mərkəzi Seçki Komissiyası tərəfindən bu və ya digər iddiaçının namizədliyi qeydə alınır və s. Ölkə vətəndaşları isə inanırlar ki, Azərbaycan növbəti dəfə azad və ədalətli seçkilər keçirəcək.

Azərbaycan uzun illərdir ki, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləməkdədir və seçki proseslərini demokratik şəkildə həyata keçirmək üçün beynəlxalq standartlara uyğun seçki qanunvericiliyi yaratmışdır. Bu baxımdan ölkəmiz istənilən seçkini – istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərini demokratik qaydada keçirməyə tam hazırdır. Mükəmməl Konstitusiya və qanunvericilik bazamız var. Bütün rayonlarda dairə seçki komissiyaları üçün yüksək səviyyədə şərait yaradılıb, seçkilərin tam demokratik və şəffaf keçirilməsi üçün seçki məntəqələrinin əksəriyyətində veb-kameralar quraşdırılıb.

Bu gün Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, qarşıdakı 11 aprel prezident seçkiləri daha mükəmməl qanunvericilik bazası və daha böyük seçki təcrübəsi əsasında keçirilir. Bu məsələdə təkcə beynəlxalq təşkilatlar tərəfindən müsbət rəy almış seçki qanunvericiliyimiz mühüm rol oynamır, həm də Mərkəzi Seçki Komissiyamızın uzun illər ərzində topladığı zəngin seçki təcrübəsinin əhəmiyyəti şəksizdir. Şübhəsiz ki, Azərbaycanın müstəqillik qazandığı vaxtdan bəri, xüsusilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra əldə olunmuş böyük seçki təcrübəsi bu dəfə də şəffaf və ədalətli seçkilər keçirilməsini təmin edəcək. 

Bu gün birmənalı şəkildə deyə bilərik ki, bizim son illərdə topladığımız seçki təcrübəsi bir çox beynəlxalq təşkilatlar, onların Azərbaycanda olmuş müşahidəçiləri  tərəfindən lazımi qiymətini alır, təqdir olunur. Bu da səbəbsiz deyil, çünki seçki prosesində demokratikliyin və şəffaflığın təmin edilməsi üçün gərək olan hər bir addım atılmışdır. Bir vaxt məntəqələrdə saxtalaşdırmaya yol verilməməsi üçün müşahidə kameralarının quraşdırılması məsəli qaldırıldı. Bu məsələ MCK tərəfindən təcili surətdə reallaşdırıldı. Sonra bir seçicinin bir dəfədən artıq səs verməsinin qarşısını almaq üçün barmaqların şəffaf mürəkkəblə rənglənməsi məsələsi ortaya çıxdı. Bu məsələnin də tətbiqinə yaşıl işıq yandırdı. Bəzi beynəlxalq təşkilatların, QHT-lərin başqa təklifləri də nəzərə alındı və tətbiq edildi. Məqsəd, əlbəttə, bir idi: seçkilərin demokratikliyinin təmin edilməsi.

Bütün bu deyilənləri nəzərə alaraq etiraf etməliyik ki, həm indiyədək qazandığımız təcrübə, həm ölkədə mövcud olan ictimai-siyasi sabitlik, iqtidarla xalqın birliyi və həmrəyliyi, həm də zəngin seçki qanunvericiliyimiz bu il aprelin 11-də də demokratik seçkilər keçirməyimizə imkan verəcək.

Günel SƏFƏROVA,
“Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında