Qarşıdakı prezident seçkiləri demokratiyanın təntənəsinə çevriləcək

Aprelin 11-də keçiriləcək prezident seçkilərinə yüksək səviyyədə hazırlıq Azərbaycan cəmiyyətində demokratik mühitin formalaşdığı bir dövrə təsadüf edir. Ölkəmizdə indiyə qədər keçirilən seçkilər, eləcə də bu seçkilərin şəffaf, azad və ədalətli keçirilməsi üçün yaradılan zəmin – zəngin qanunvericilik bazası, mükəmməl Seçki Məcəlləsi və demokratik mühitin olması bunları bir daha təsdiq edir.

Demokratik, şəffaf, azad və ədalətli seçkilərin keçirilməsi üçün yaradılmış hüquqi baza, bu istiqamətdə yeni qanunvericilik aktlarının qəbul edilməsi, nəinki Azərbaycanda bütün sahələrdə əldə olunan uğurların, eləcə də ölkəmizin Avropaya və dünya birliyinə inteqrasiyasının ən bariz faktlarından hesab edilə bilər. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, 2003-cü ildən sonra müəyyən əlavə və dəyişiklik edilmiş Seçki Məcəlləsi seçkidən-seçkiyə dəfələrlə təkmilləşdirilmiş, dövrün tələblərinə cavab verməklə daha demokratik olmuşdur. Beynəlxalq ictimaiyyətin və təşkilatların ölkəmizdə keçirilən seçkilər haqqında fikir və rəyləri də göstərir ki, Azərbaycanda seçki praktikası və seçki mədəniyyəti yüksəlmişdir. Heç şübhə yoxdur ki, belə amillərin təməlində Azərbaycan dövlətinin demokraktik dəyərlərə yüksək münasibəti və bu sahədə aparılan ardıcıl siyasəti durur. Qarşıdan gələn prezident seçkilərinə namizəd kimi qatılmaq istəyən siyasi partiya sədrlərinə, bitərəflərə, namizədliyi özləri tərəfindən irəli sürülənlərə yaradılan şərait, onların bu mühüm tədbirdə bərabərhüquqlu iştirakı bu reallıqları bir daha təsdiq etməkdədir. Bu, həm də onu sübut edir ki, Azərbaycan dövləti, ölkədə azad, ədalətli seçkilərin keçirilməsində maraqlıdır. Seçkinin şəffaf keçirilməsi üçün bütün namizədlərə bərabər imkan və şəraitin yaradılması dövlətimizin müstəqil siyasətinin təntənəsidir. Kimlərinsə diktəsi ilə hərəkət etməmək, demokratik prinsiplərə verilən yüksək dəyər, şəffaf, azad və ədalətli seçkilər artıq dövlətimizin və cəmiyyətin ümdə prinsipinə çevrilmişdir.

Heç kəsə sirr deyil ki, Azərbaycanda seçkilərin demokratik və obyektiv keçirilməsi dövlətin birbaşa marağında olduğu məsələlərdəndir. Uzun illərdir ki, seçkilərdə şəffaflığın təmin edilməsi üçün barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsi və seçki məntəqələrinə veb-kameraların quraşdırılması Azərbaycanın demokartik və şəffaf seçki keçirməkdə maraqlı olduğunu sübut edir. Bu reallıqları görən dünya birliyi də Azərbaycan dövlətinin və xalqımızın demokartik və şəffaf seçki keçirmək niyyətində olduğunu görür. Azərbaycanda hökm sürən sabitlik, artıq bərqərar olmuş demokratik dəyərlər və bu kimi prinsiplərə əsaslanan seçki qanunvericiliyinin mövcudluğu cəmiyyətdə yüksək əhval-ruhiyyə yaratmaqla, aprelin 11-də keçiriləcək prezident seçkilərinin şəffaflığına, demokratikliyinə böyük inam yaratmışdır. Tam əminəm ki, Azərbaycan xalqı, eləcə də təmsil etdiyim böyük ziyalılar ordusunun nümayəndələri--ali təhsil sistemimizin flaqmanı olan Bakı Dövlət Universitetinin çoxminli professor-müəllim heyəti və tələbələri növbəti prezident seçkilərinin də beynəlxalq tələblər səviyyəsində keçirilməsində səylərini səfərbər edəcək, bu ciddi sınaqdan da üzüağ çıxacaqlar.

Afət Məmmədova,
Bakı Dövlət Universitetinin magistratura və doktorantura şöbəsinin müdiri, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında