Qadınlarımız cəmiyyətdə hörmət – izzət sahibidirlər

8 Mart dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycan təqvimində də sevincli günlərindən biridir. Həmin gün öz ağlı, zəkası, gözəlliyi, namusu, isməti, sədaqəti, fədakarlığı ilə millətinə, torpağına başucalığı gətirən Azərbaycan anasının, xanımların bayramıdır. Tarixin bütün dönəmlərində qadınlarımız cəmiyyətimizin mənəvi dayağı olmuş, ölkəmizin simasını müəyyənləşdirmək üçün böyük fədakarlıq göstərmişlər.

Milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkə həyatında baş verən ictimai-siyasi hadisələrdə fəal iştirak edir, Vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər. Mən bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında qadınlarımızın fəaliyyətini xüsusilə qeyd etmək istərdim. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşkilatçılığı ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası erməni vəhşiliyi, qəddarlığı barədə bütün dünyaya əsl həqiqətləri çatdırır. Bundan başqa, xalqına, dövlətinə sadiq, müasir dünyada gedən proseslərdən baş çıxarmağı bacaran xanımlarımız da Azərbaycanın beynəlxalq aləmdəki reytinqinin getdikcə yüksəlməsi istiqamətində böyük töhfələr verirlər.

Azərbaycan qadını öz əzəli funksiyası olan analıq vəzifəsini və borcunu da şərəflə yerinə yetirir, Vətən üçün milli - mənəvi dəyərlərimizin qoruyucuları, milli adət və ənənələrimizin yaşadıcıları olan nəsillər arasında varisliyi ləyaqətlə davam etdirən övladlar tərbiyə edib yetişdirirlər.

Əminəm ki, Azərbaycan qadını bundan sonra da ölkəmizin ictimai, siyasi, elmi, mədəni həyatında fəal rol oynayacaq, üzərinə düşən şərəfli analıq və vətəndaşlıq vəzifələrini uğurla yerinə yetirəcəkdir.

Bu əziz gündə bütün xanımlarımızı təbrik edir, onlara ailə səadəti arzulayıram.

Sədaqət VƏLİYEVA,
Milli Məclisin deputatı,
YAP Nizami rayon təşkilatının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında