Azərbaycan qadını tarix boyu bütün sınaqlardan şərəflə çıxmışdır

Gündən-günə çiçəklənən və inkişaf edən respublikamızda qadınların yeri və rolu danılmazdır. Onların elm, təhsil, səhiyyə, mədəniyyət, eləcə də icra strukturlarında əldə etdikləri nailiyyətlər buna bariz nümunədir.

Bugünkü Azərbaycan qadını cəmiyyətdə öz sözünü deməyi bacarır, dövlət idarəçiliyində, müxtəlif sahələrdə kişilərlə bərabər fəaliyyət göstərir.

Bu bayram günündə qeyd etmək xüsusilə xoşdur ki, həmişə olduğu kimi, indi də qadınlar cəmiyyətimizdə böyük hörmətə sahibidirlər. Onlara yüksək diqqət və qayğı vardır. Biz qadınlar bugünkü mövqeyimizə görə ulu öndərimiz Heydər Əliyevə borcluyuq. Fikrimcə, Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyev qədər qadınlarımızı ruhən pərvazlandıran, onlara cəmiyyətdə layiq olduğu yeri təklif və təmin edən lider olmayıb. Çox fərəhli haldır ki, həmin siyasət bu gün də uğurla davam etdirilir.

Son illər Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanına çevrilib. Bu uğurda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə qeyd edilməlidir. Azərbaycan qadınının sədasının beynəlxalq tədbirlərdən eşidilməsi hər birimizdə qürur yaradır. Bunun nəticəsidir ki, bu gün respublikamızda sosial, iqtisadi və mədəni həyatda qadınların rolunun artmasına böyük önəm verilir. Azərbaycan qadını ictimai həyatda bu gün böyük nailiyyətlər qazanır, alim kimi elmimizə yeni töhfələr verir, ən başlıcası isə ana olaraq gələcək nəsli tərbiyə edir.

Mən bu əziz gündə bütün qadınlarımızı təbrik edir, onlara xoşbəxtlik, ailə səadəti arzulayıram. Əminliklə deyirəm ki, doğma yurdlarından didərgin salınmış məcburi köçkün analarımız, bacılarımız yaxın gələçəkdə bu bayramı doğma ocaqlarında keçirəcəklər. Hazırda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bunun şahidiyik. Artıq bu kəndin xanım sakinləri əziz bayramlarını öz kəndlərində keçirirlər.

Məlahət İBRAHİMQIZI,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında