“Azərbaycan vətəndaşları sabitliyə, tərəqqiyə səs verəcəklər”

Bugünlərdə seçkilər mövzusu ölkə ictimaiyyəti arasında geniş müzakirə olunur. Axı, prezident  seçkiləri yaxınlaşır. Şübhə yoxdur ki, azad, demokratik seçkilər ölkəmizdə sabitliyin qorunmasına, vətəndaş həmrəyliyinin güclənməsinə töhfə verəcək. 

Bu gün Azərbaycanda səsvermə hüququ olan vətəndaşların çoxu başa düşür ki, seçkilərə fəal surətdə qatılmaq, namizədlər arasında seçim edərkən xalqımızın, dövlətimizin mənafeyini üstün tutmaq vacibdir.

Təqdirəlayiq haldır ki, ölkəmizin görkəmli elm, mədəniyyət, incəsənət xadimləri bu günlərdə ölkə mediasında, sosial şəbəkələrdə qarşıdakı seçkilərlə əlaqədar həvəslə öz fikir və rəylərini bölüşürlər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muğam sənəti” kafedrasının müdiri, Xalq artisti Canəli Əkbərov bu barədə danışarkən dedi:

-Mən ölkəmizdə bu il aprelin 11-də keçiriləcək prezident seçkilərini böyük səbirsizliklə gözləyirəm. Hesab edirəm ki, dövlətini, xalqını sevən hər bir vətənpərvər ziyalı bu mühüm siyasi kampaniyada fəal iştirak etməyə borcludur.

Son illər ərzində Azərbaycanda əldə olunan parlaq uğurların əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu dahi siyasətçi xalqını sonsuz məhəbbətlə sevirdi. O, Azərbaycanı ən ağır təhlükələrdən xilas edərək sivil, modern bir dövlətə çevirə bildi. Xalqımız haqlı olaraq Heydər Əliyev danılmaz xidmətlərini dərin qədirbilənliklə dəyərləndirir. Bu siyasi xətt ölkəmizdə bu gün böyük uğurla davam etdirilir.

Ulu öndər dönə-dönə vurğulayırdı ki, xalqımız heç vaxt demokratik inkişaf yolundan geri çəkilməyəcək. Müstəqil Azərbaycan dövləti məhz bu yolla irəliləyir, regionda və bütün dünyada böyük nüfuz qazanır. Qəlbimdən gələn bir fikri hər yerdə qürurla deyirəm: Heydər Əliyevin siyasi xətti Azərbaycanı bundan sonra da parlaq qələbələrə aparacaq! 

Demokratiya yolu heç də asan yol deyil. Təəssüf ki, demokratiyanın yaratdığı imkanlardan şəxsi maraqları üçün sui-istifadə etməyə cəhd edənlər də var. Belələri çox vaxt yalan, saxta vədlər verərək seçiciləri aldatmağa çalışırlar. Lakin Azərbaycan xalqı yaxşını pisdən ayırmağı yaxşı bacarır. Mən zərrə qədər şübhə etmirəm ki, ölkə vətəndaşları bu dəfə də müdrik seçim edərək, ən layiqli namizədə səs verəcəklər. 

Son vaxtlar Azərbaycanın müxtəlif bölgələrinə yolum tez-tez düşür. Hər yerdə sürətli inkişafın, geniş abadlıq-quruculuq işlərinin izlərini görürəm. Bu gün təkcə paytaxt Bakı deyil, bölgələrimiz, ən ucqar kəndlərimiz də gündən-günə abadlaşır və gözəlləşir.

Azərbaycan dövləti xalqın rifahının, güzəranının daha da yaxşılaşdırılması üçün böyük işlər görür. Bunlar ölkəmizdəki sabitliyin, düzgün idarəçiliyin hesabına mümkün olur. Əminəm ki, ölkə vətəndaşları seçim edərkən bütün bunları nəzərə alacaq. Onlar sabitliyə, tərəqqiyə, Azərbaycanın parlaq gələcəyinə səs verəcəklər.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında