11 aprel prezident seçkiləri ilə Azərbaycan demokratik ölkələr ailəsində irəliyə doğru daha bir uğurlu addım atacaq

Demokratiya deyiləndə öncə seçki prosedurunun beynəlxalq standartlara uyğun keçirilməsi xatırlanır, vətəndaşların seçki hüquqlarının yüksək səviyyədə təmin olunması nəzərdən keçirilir. Bu baxımdan demokratik inkişaf yolu ilə inamla irəliləyən ölkəmizdə  seçkilərin şəffaf, demokratik və beynəlxalq standartlara uyğun reallaşdırılması  istiqamətində bütün vasitələrdən istifadə edilir.

Yeri gəlmişkən, Azərbaycanda demokratik seçki keçirilməsi ənənəsi ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra yaranıb. Həmin vaxtdan indiyədək  bütün seçkilər şəffaf və demokratik prinsiplər əsasında, mükəmməl və ən yüksək beynəlxalq standartlara uyğun şəkildə reallaşdırılıb.  Seçkilərdə şəffaflığa mühüm önəm verilib, bu məqsədlə müxtəlif siyasi partiyalar və beynəlxalq müşahidəçilər üçün bütün lazımi imkanlar yaradılıb. Seçki məntəqələrində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrin aparılması diqqət mərkəzində saxlanılıb. Hər zaman seçkiqabağı kütləvi tədbirlərin, görüşlərin keçirilməsi üçün açıq və qapalı yerlər təyin olunub. Təbliğat-təşviqat kampaniyası başlayana qədər həmin yerlər müəyyənləşdirilib, hamı üçün bərabər şərait yaradılıb.

Yuxarıda qeyd edilənlərlə bərabər, Azərbaycanın Seçki Məcəlləsi ildən-ilə təkmilləşdirilib, bu istiqamətdə atılan addımlar, qəbul olunan qərarlar insanların seçki hüquqlarının qorunmasına xidmət edib.

Azərbaycanın seçki təcrübəsi, əldə etdiyi nailiyyətlər nəinki cəmiyyətimizdə, eyni zamanda, hər dəfə ölkəmizdə seçkiləri izləyən beynəlxalq müşahidəçilər tərəfindən də yüksək qiymətləndirilib.

Bu gün Azərbaycan öz inkişaf yolu ilə gedir, ölkəmizdə vətəndaş həmrəyliyi mövcuddur. Məhz bu parametrlərinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir.

Yeri gəlmişkən, burada mühüm bir məqamı qeyd etmək istərdim. Dünyada qəbul olunan  norma və prinsiplərə əsasən, hər hansı bir seçkinin müasir tələblər səviyyəsində keçirilməsi, ilk növbədə, ölkənin ictimai-siyasi sabitliyi ilə müəyyənləşir. Azərbaycanda isə ictimai-siyasi sabitlik dayanıqlı və  möhkəmdir. Sosial-iqtisadi şərait də ürəkaçandır. Son 14 ildə Azərbaycanı dünyaya tanıdan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri,  Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng infrastruktur layihələri  gerçəkləşdirilib, ölkəmiz uğurlu inkişaf strategiyası ilə bütün dünyada nüfuz qazanıb. İnsanların firavan həyat şəraiti təmin olunub.   

Bütün bunlar isə deməyə əsas verir ki, 11 aprel prezident  seçkiləri çox yüksək əhval-ruhiyyədə keçəcək, Azərbaycan demokratik ölkələr ailəsində irəliyə doğru daha bir ciddi addım atacaq.

İsmayıl MƏMMƏDOV,
Bakı Dövlət Universiteti tarix fakültəsinin professoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında