Arye Qut: Azərbaycan Cənubi Qafqazın ən güclü ölkəsidir

“Azərbaycanda, mənim ikinci Vətənimdə qarşıdan prezident seçkiləri gəlir. Bu, çox önəmli siyasi hadisədir. Xalq, cəmiyyət seçkilərdə fəal iştirakı ilə yadda qalmalıdır. Çünki seçki bir mədəniyyətdir”. Bu fikirləri sechki-2018.az saytına açıqlamasında israilli tanınmış ekspert, nüfuzlu "The Jerusalem Post" qəzetinin analitiki Arye Qut deyib.

“Bu vaxta qədər Azərbaycan xalqının seçkilərdə kifayət qədər fəallığının, məntəqələrə gedib öz namizədlərinə səs verdiyinin şahidi olmuşuq. Düşünürəm ki, bu dəfə də Azərbaycan cəmiyyəti prezident seçkilərində fəallıq göstərəcək”, – deyə, israilli ekspert bildirib.

A.Qut qeyd edib ki, bu gün Azərbaycan ictimaiyyəti qarşıdakı 11 aprel prezident seçkilərinin daha mükəmməl qanunvericilik bazası və daha böyük seçki təcrübəsi əsasında keçirildiyini dərindən anlayır: “Bu məsələdə Mərkəzi Seçki Komissiyasının uzun illər ərzində topladığı seçki təcrübəsini də qeyd etmək istərdim. Bu gün Azərbaycan bütün sahələrdə inkişaf edir və Cənubi Qafqazın ən güclü ölkəsidir”.

Azərbaycanın inkişaf yolunu seçməsini, tərəqqipərvər, sülhpərvər missiyalara qoşulmasını görməzlikdən gələn qurumlar və ölkələrin mövcudluğuna təəssüfünü bildirən ekspert hesab edir ki, nəinki Cənubi Qafqaz regionunda, həm də dünyada sülhün və sabitliyin inkişafında maraqlı olmayan bəzi dövlətlərdən biri də məhz Ermənistandır: “Bu ölkədə demokratiya yoxdur, insanlar kütləvi şəkildə miqrasiya edir. Serj Sarkisyanın despot rejimi erməni xalqını əsarətə məhkum edib. Üstəlik bu rejim bütün beynəlxalq normalara məhəl qoymayaraq Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayır. Çox yaxşı olardı ki, bu gün dünyanın hüquq institutları BMT qətnamələrinə məhəl qoymayan bu ölkə haqqında ölçü götürsünlər. Azərbaycanın haqq mübarizəsinin yanında yer alsınlar.  Bu gün Ermənistanın Azərbaycanın təşəbbüskarı olduğu bütün regional və beynəlxalq əhəmiyyətli layihələrdən kənarda qalmasının tək səbəbkarı Yerevanın apardığı  qeyri-konstruktiv siyasətdir. Bunu isə dünyanın mütərəqqi çevrələri yaxından izləməli və tədbir görməlidir”.

Hazırladı: Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında