Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir

Bu il aprelin 11-də keçiriləcək prezident seçkiləri artıq beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Seçkilərin şəffaf, azad və ədalətli keçirilməsi üçün bütün imkanlardan istifadə edilir. Prezidentliyə namizədliyini irəli sürənlər üçün bərabərhüquqlu şərait yaradılması da bunu təsdiqləyir. Bu vaxta qədər 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi demokratik ənənələrə sadiqliyin bariz nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elman Nəsirov söhbət əsnasında bildirdi ki, növbəti prezident seçkilərinin də beynəlxalq standartlar səviyyəsində keçiriləcəyinə heç bir şübhə ola bilməz. Çünki ölkəmizdə demokratik, azad, ədalətli seçki keçirilməsi artıq ənənə halını alıb: “Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. Demokratiya özü bir prosesdir və bunun son nöqtəsi yoxdur. Hansı dövlət hesab etsə ki, o, demokratiyanın artıq zirvəsindədir, bu yanlış yanaşma olar. Bütün bunlara baxmayaraq, ölkəmiz demokratiyanın inkişafı yolunda çox ciddi addımlar atır. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bununla da Azərbaycanın demokratik inkişaf yolunu müəyyənləşdirib. Hesab edirəm ki, xüsusilə, məhkəmə sistemindəki islahatlar, mətbuat üzərində senzuranın, eyni zamanda, ölüm hökmünün ləğv edilməsi, müstəqli dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi və belə addımlar respublikamızın demokratik inkişaf yolunu müəyyən edib”.

Politoloq qeyd etdi ki, ölkədə demokratik prinsiplərin inkişafına xüsusi önəm verilməsi seçkilərdə də özünü büruzə verib. 1993-cü ildən başlayaraq, bu vaxta qədər keçirilən bütün seçkilər, xüsusilə, prezident seçkiləri beynəlxalq aləmin diqqət mərkəzində olub. Seçkilərin gedişini izləyən nüfuzlu beynəlxalq təşkilatlar, həmçinin, ayrı-ayrı dövlətləri təmsil edən müşahdəçilər Azərbaycanda keçirilən bütün seçkiləri demokratik inkişaf yolunda növbəti bir addım və mərhələ kimi qiymətləndiriblər: “2003, 2008 və 2013-cü illərdə keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı beynəlxalq müşahidəçilərin rəylərinə diqqət yetirsək, bir daha məlum olacaq ki, hər dəfə beynəlxalq müşahidəçilər, hüquq müdafiəçiləri və ekspertlər Azərbaycanda keçirilən
prezident seçkilərini demokratik inkişaf yolunda bir uğur kimi dəyərləndiriblər. Bu seçkilərin hər dəfə şəffaf, ədalətli, insidentsiz başa çatdığını təsdiqləyən müşahidəçilər Azərbaycanın artıq demokratik seçki keçirməyə qadir olduğunu bəyan ediblər”.

E.Nəsirovun fikrincə, məsələyə bu məntiqlə yanaşdıqda, aprelin 11-də keçiriləcək prezident seçkilərinin də dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən demokratik, şəffaf, azad keçəcəyini bəyan edəcəklərini indidən söyləmək mümkündür. Çünki seçkilərin demokartik əhval-ruhiyyədə keçirilməsi üçün bütün imkanlardan istifadə edilir və bu istiqamətdə daha əhəmiyyətli addımların atılacağı qərara alınıb. Hər zaman olduğu kimi, bu dəfə də prezidentliyə namizədlər üçün bərabər şərait yaradılıb: “Bu prosesdə əsas söz sahibi, təbii ki, xalqdır. Məlumdur ki, ölkəmizdə hakimiyyətin mənbəyi xalqdır. Xalq kimə istəyir, ona da öz səsini verir. Səvermədə heç bir yönəltmə, təzyiq və təhdid vasitələrindən istifadə edilmir. Belə hallara qarşı ciddi mübarizə aparılır. Bu nöqteyi-nəzərdən, aprelin 11-də keçiriləcək prezident seçkilərini əvvəlki seçkilərlə müqayisədə irəliyə atılmış növbəti bir addım kimi dəyərləndirmək olar. Təbii ki, söhbət demokratik inkişaf nöqteyi-nəzərindən gedir”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında