“Azad seçkilər bütün dünyada Azərbaycanın nüfuzunu daha da artıracaq”

Müstəqil Azərbaycanın ictimai-siyasi həyatında böyük əhəmiyyəti olan 11 aprel prezident seçkilərinə maraq təkcə ölkəmizdə deyil, qonşu ölkələrdə də kifayət qədər böyükdür.

Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun fəalları da seçkilərlə bağlı prosesləri diqqətlə izləyirlər. Məsələn, Rusiyanın Vladivostok şəhərindəki “Dostluq” –“Drujba” cəmiyyətinin rəhbəri, ixtisasca mühəndis olan Ramiz Zeynalov əmindir ki, ölkəmizdə bu il baş tutacaq prezident seçkiləri əvvəllər olduğu kimi, bu dəfə də tam şəffaf, demokratik şəraitdə keçiriləcək.

Onun fikrincə, Azərbaycanda son illər yüksək seçki mədəniyyəti formalaşıb. Bu, reallıqdır. Dünyanın sivil ölkələri bu həqiqəti etiraf edirlər. Apreldə azad seçkilər keçiriləcək, bu, əlbəttə, bütün dünyada Azərbaycanın nüfuzunu daha da artıracaq. Ramiz müəllim sonra bunları dedi:

– Bu gün Rusiya ictimaiyyətində ölkəmizlə bağlı ümumi fikir belədir ki, Azərbaycan hüquqi, demorkatik inkişaf yolu seçib və bu yolda inamla addımlamaq əzmindədir. Nə gizlədim, hər dəfə ən müxtəlif zümrələrin təmsilçilərinin dilindən ölkəmizlə bağlı pozitiv rəylər eşidəndə çox sevinirəm.

Seçkilərin mahiyyətinə varanda görürsən ki, Azərbaycanda vətəndaşların hər dəfə seçkilərdə yüksək fəallıq nümayiş etdirmələri adi hadisə deyil. Bu, qürurverici haldır. Bu, ona dəlalət edir ki, səsvermə hüququ olan vətəndaşların çoxu ölkənin taleyinə biganə deyil, əksinə, taleyüklü proseslərdə fəal iştirak etməyin əhəmiyyətini başa düşürlər.

Bir məqamı da vurğulamaq istəyirəm. Biz qürbətdə yaşasaq da, Azərbaycan hər birimizin daim qəlbindədir. Taleyin hökmü ilə hazırda doğma Bakımdan coğrafi cəhətdən xeyli aralıda olsam da, ruhən, demək olar ki, bir an da olsa Vətəndən ayrı düşməmişəm. Tam səmimi deyirəm. Mən şəxsən Azərbaycan həqiqətlərinin Vladivostok şəhərinin ictimaiyyətinə çatdırmaq üçün əlimdən gələni edirəm. Arzum budur ki, xalqımızın hər yerdə dostu, xeyirxahı mümkün qədər çox olsun.

Biz bir neçə gün əvvəl rəhbəri olduğum cəmiyyətin üzvləri Vladivostokda Xocalı qətliamının 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçiriblər. Tədbirdə şəhər ictimaiyyətinin çox sayda nümayəndələri iştirak ediblər. Orada ermənilərin azərbaycanlılarla qarşı törətdikləri vəhşiliklər barədə geniş məlumat verilib.

Düşünürəm ki, bu il aprelin 11-də keçiriləcək seçkilər ölkəmizdə ictimai-siyasi sabitliyi, quruculuq əzmini gücləndirəcək. Deməli, Azərbaycanda inkişaf və tərəqqinin sürəti daha da artacaq.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında