Seçkilərin şəffaf və demokratrik keçirilməsi üçün bütün imkanlar mövcuddur

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ictimaiyyətin diqqət mərkəzindədir. Bu barədə ekspertlər müxtəlif fikirlər bildirirlər. Mövzu barədə Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Sahibə Qafarova redaksiyamıza fikirlərini bildirib:

–Qarşıdan gələn prezident seçkiləri Azərbaycanın demokratiya yolunda növbəti uğurlu mərhələ olacaq. Ölkəmizin ictimai-siyasi həyatında böyük əhəmiyyətə malik olan prezident seçkilərinin şəffaf və demokratrik keçirilməsi üçün bütün imkanlar ­mövcuddur.

 Artıq Azərbaycanda zəngin seçki təcrübəsi formalaşıb, seçkidən seçkiyə ölkəmizin bu sahədə uğurları daha da artır. Millət vəkili hesab edir ki, Azərbaycanda seçkilərin azad, demokratik və şəffaf keçirilməsini şərtləndirən amillər kifayət qədərdir. Ölkədə hökm sürən möhkəm əsaslara malik ictimai-siyasi sabitlik, mükəmməl seçki qanunvericiliyi, fikir plüralizmi və bərabər rəqabət şəraitinin yaradılması seçki prosesinin yüksək səviyyədə təşkilinə imkan verir. 

Əminəm ki, aprelin 11-də baş tutacaq seçkilərdə də cəmiyyətimiz fəallıq göstərəcək. Bu gün ölkəmiz inkişaf edir və sözün bütün mənalarında region dövlətləri üçün nümunə rolunu oynayır. Azərbaycanın unikal inkişaf modeli dünyanı ciddi şəkildə maraqlandırdığı kimi, ölkəmizin seçki sahəsində əldə etdiyi nailiyyətlər də beynəlxalq müstəvidə yüksək dəyərləndirilir. Ona görə də bu seçkilərə beynəlxalq maraq olduqca yüksək olacaq.

Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında